October 2026
Gədəbəydə bir ailə qəzaya düşdü: Ölən və yaralılar var
Gədəbəy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Çanaqçı kəndi ərazisində qeydə alınıb. Rayon sakini, 1989-cu il təvəllüdlü Şükür Yapon oğlu Ələkbərov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, maşın yolun kənarına aşıb. Nəticədə sürücünün həyat yoldaşı, 1993-cü il təvəllüdlü Səyyarə Əhliman qızı Ələkbərova hadisə yerində ölüb, […]
Ukrayna ordusu yüzlərlə uşaq qatili erməni separatçını məhv edib
Davam edən Rusiya-Ukrayna müharibəsi zamanı Qarabağdan qaçaraq Rusiya ordusunun tərkibində döyüşlərə qoşulan 450 separatçı məhv edilib, daha 60 nəfərin taleyi barədə heç bir məlumat yoxdur. Canlixeber.com xəbər verir ki, bu barədə erməni jurnalist Roman Baqdasaryan yazıb. Baqdasaryan bildirib ki, separatçılar Rusiya ordusunun cərgələrində öz uşaqlarını böyütmək naminə ukraynalı uşaqları öldürürlər. Onların “verbovka”sında “qarabağlı” generallar iştirak […]
Tanınmış azərbaycanlı yazıçı vəfat etdi
Yazıçı, publisist və tərcüməçi Aqşin Ağkəmərli vəfat edib. Canlixeber.com xəbər verir ki o, 66 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Aqşin Ağkəmərli Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Həmçinin o, Güney Azərbaycanda da əsərləri ilə tanınıb.
Bakıda 14 küçə və prospekt təmirə bağlanacaq
Bakıda yol infrastrukturunun yenilənməsi çərçivəsində 90 küçə və prospektdə təmir işləri yekunlaşdırılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, paytaxtın 12 inzibati rayonunu əhatə edən genişmiqyaslı təmir proqramı çərçivəsində ümumilikdə 110 küçə və prospektin yenilənməsi nəzərdə tutulub. Hazırda proqramın 82 faizi icra edilib. Daha 6 küçə […]
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Azərbaycan Silahlı Qüvvələrinin veteranı, ehtiyatda olan polkovnik-leytenant Məhəddin Cavadov vəfat edib. Canlixeber.com xəbər verir ki, M.Cavadov bir müddət əvvəl bədbəxt hadisə nəticəsində xəstəxanaya yerləşdirilib. O, bu gün səhər saatlarında həyatını itirib.
Prezident: “Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir”
“Böyük Qayıdışa dair Dövlət Proqramının növbəti ikinci mərhələsində əsas məqsəd yaradılmış imkanlar əsasında özəl investisiyaları, daimi məşğulluğu və ixracyönümlü istehsalı daha da genişləndirmək, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatında yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir”. Canlixeber.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” […]
Prezident: “İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır”
“Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun inkişafı yaşayış məntəqələrində müasir sosial xidmətlərin təşkili ilə müşayiət olunur”. Canlixeber.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına ünvanladığı müraciətdə yer alıb. “Regionda 40 təhsil və 20 səhiyyə müəssisəsi, habelə Xankəndidə Qarabağ Universiteti fəaliyyətə başlayıb. Dövlət, […]
İlham Əliyev: “Yeni yaşayış məntəqələrinin və istehsal sahələrinin fəaliyyəti üçün enerji və su təminatı da yaradılır”
“Qarabağ və Şərqi Zəngəzurda qurulan nəqliyyat infrastrukturu yaşayış məntəqələrini bir-biri ilə və ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir”. Canlixeber.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına ünvanladığı müraciətdə yer alıb. “İndiyədək 1500 kilometrə yaxın yol tikilib, 11.7 kilometr uzunluğunda Murovdağ tuneli […]
Bakıda gecə klubunda dava: Müdir ofisiantı döydü
Bakıda gecə klubunda dava olub. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda baş verib. Bakı şəhər sakini İlkin Paxomov obyekti icarəyə götürüb. Bir müddət işlədikdən sonra o, işçisinə maaşı az verib və nəticədə ofisiantla İlkin arasında mübahisə yaranıb. Ofisiant ondan maaşını tələb edəndə İlkin onu döyməyə başlayıb. Hadisə nəticəsində ofisiant xəsarət alıb və bu […]
Papa XIV Leoda bədxassəli şiş aşkarlandı
Roma Papası XIV Leodan bədxassəli şiş çıxarılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Papanı əməliyyat edən və müalicə edən həkimlər Stefano Marqaritore və Luici Karbone məlumat veriblər. “Təcili histoloji müayinə əməliyyatöncəsi analizlərin nəticələrinə əsasən, gözlənildiyi kimi, ağciyərin adenokarsinoması (bədxassəli şiş – red.) diaqnozunu təsdiqləyib”, – deyə məlumatda bildirilib. Qeyd edilib ki, onun sağ ağciyərinin aşağı […]
