1 min read

Tovuzda avtomobil piyadanı vuraraq öldürüb

Tovuzda avtomobilin vurduğu piyada xəstəxanada ölüb. Canlixeber.com xəbər verir ki, Tovuz rayon sakini, 1980-ci il təvəllüdlü Asif Ələsgərovu rayonun Əyublu kəndində avtomobil vurub. O, ağır halda xəstəxanaya yerləşdirilib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

1 min read

Azərbaycan Premyer Liqasında IX tur başa çatır: “Sabah” “Qarabağ”ı qəbul edir

Misli Premyer Liqasında IX tura bu gün iki oyunla yekun vurulacaq. Canlixeber.com xəbər verir ki, günün ilk matçında “İmişli” “Şamaxı”nı qəbul edəcək. Qarşılaşma saat 15:00-da Yevlax şəhər stadionunda start götürəcək. “Şamaxı” hazırda 13 xalla 7-ci pillədə qərarlaşıb. 7 xala malik “İmişli” isə 9-cu yerdədir. Günün son görüşündə isə “Sabah” “Dalğa Arena”da “Qarabağ”ı qəbul edəcək. Bu […]

2 mins read

Xəzər dənizindəki adalar materikə birləşdi: Dağıstanın ərazisi genişləndi

Xəzər dənizinin səviyyəsinin azalması nəticəsində Dağıstan Respublikasının faktiki quru sahəsi 2-3 min kvadratkilometr artıb. Canlixeber.com xəbər verir ki, bu barədə “RİA Novosti”yə coğrafiya elmləri namizədi, geoloq İdris İdrisov məlumat verib. O, bu prosesi suyun geri çəkilməsi və bir sıra adaların materiklə birləşməsi ilə izah edib. Mütəxəssisin sözlərinə görə, Xəzərin səviyyəsinin aşağı düşməsi yeni quru sahələrinin […]

1 min read

Biləsuvarda elektrik enerjisinin verilişi bərpa olunub

Biləsuvar rayonunda elektrik enerjisinin verilişi bərpa olunub. Canlixeber.com xəbər verir ki, ötən gün elektrik enerjisinin verilişində yaranan fasilə səbəbindən Biləsuvar şəhərinin və rayonun bir sıra kəndlərinin böyük hissəsi işıqsız qalmışdı. Qeyd edək ki, hadisə zamanı rayon ərazisində ildırımla müşayiət olunan yağışlı hava şəraiti hökm sürüb.

1 min read

FIFA U-15 dünya çempionatı: Azərbaycan millisi bu gün iki oyun keçirəcək

Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatında bu gün növbəti oyunlarını keçirəcək. Canlixeber.com xəbər verir, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv eyni gündə iki matça çıxacaq. Yığma əvvəlcə saat 12:45-də Andorra ilə üz-üzə gələcək. Növbəti rəqib isə Avstraliya millisi olacaq. Həmin qarşılaşma saat 19:30-da başlayacaq. Hər iki oyun Hövsan Yarış Kompleksinin 10A meydançasında baş […]

1 min read

Canni İnfantino İlham Əliyevə xatirə hədiyyələri verib

Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib. Canlixeber.com xəbər verir ki, mərasimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino izləyiblər. Mərasim zamanı FIFA prezidenti Canni İnfantino Prezident İlham Əliyevə […]

1 min read

Paytaxtda yağış yağacaq

Oktyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gecə 15-17° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 767 […]

1 min read

İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib

Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib. Canlixeber.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino tədbirdə iştirak ediblər. Hazırda isə dövlətimizin başçısı, birinci xanım, […]

1 min read

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində içərisində iki balıqçının olduğu qayıq aşıb. Onlardan birinin cəsədi dərhal tapılmışdı, ikinci şəxsin axtarışları isə dörd gün sonra, bu gün yekunlaşıb. Canlixeber.com xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. “İkinci itkin düşən şəxsin cəsədi tapılıb. Axtarış əməliyyatları başa çatıb”, – deyə qurumun məlumatında qeyd olunub. […]