September 2026
Yeni tədris ilində Bakıda 504 mindən çox şagird təhsil alacaq, 35 mindən çox uşaq bağçaya gedəcək
Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 504 413 şagirdin təhsil alacağı gözlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə BŞTİməlumat yayıb. Bildirilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 39 999, IX sinfində 49 167, XI sinfində 39 479, XII sinfində 99 şagirdin təhsil alacağı […]
Bakıda 12 yaşlı uşaq pəncərədən yıxılaraq ölüb
Bakıda 12 yaşlı uşaq pəncərədən yıxılaraq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. Belə ki, 2014-cü il təvəllüdlü E.C yaşadığı binanın 4-cü mərtəbəsinin dəhlizindəki pəncərədən ehtiyatsızlıqdan yerə yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.
Külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Canlixeber.com xəbər verir ki, bu barədə DSX məlumat yayıb. Bildirilib ki, sentyabr ayının 11-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda […]
TDT Müsəlman dini liderləri Prezident İlham Əliyevə müraciət ediblər
Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman dini liderləri Prezident İlham Əliyevə müraciət ediblər. Canlixeber.com xəbər verir ki, müraciət Bakıda keçirilən Müsəlman dini liderlərinin 7-ci Görüşündə qəbul olunub. Müraciətin mətnini Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Rəşad Əliyarlı oxuyub. Dini liderlərin Azərbaycan Prezidentinə müraciətində deyilir: “Möhtərəm cənab Prezident! Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən, Türk Dövlətləri Təşkilatının […]
Gürcüstan DTX-nın rəhbəri istefa verib
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri Geka Geladze istefa verib. Canlixeber.com xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında bildirib. O vurğulayıb ki, siyasi komanda ilə məsləhətləşmələrdən sonra fəaliyyətini başqa qurumda davam etdirəcək. Qeyd edək ki, Geka Geladze bu ilin aprelindən DTX-nın rəhbəri vəzifəsini tuturdu. Bundan öncə isə o, daxili işlər naziri olub.
Bakıda güclü küləklərlə bağlı qabaqlayıcı tədbirlər görülür
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində yaşıllıqlara mövsümi qulluq və qabaqlayıcı təhlükəsizlik tədbirləri çərçivəsində müvafiq işlərin həyata keçirilir. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi məlumat yayıb. Bildirilib ki, Birliyin əməkdaşları tərəfindən şəhərin müxtəlif ərazilərində monitoringlər həyata keçirilir və qurumuş, zədələnmiş, eləcə də gözlənilən güclü küləkli hava şəraitində […]
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib. Canlixeber.com xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyev ilə Məhəmməd Əbdülsalamın əvvəlki görüşləri məmnunluqla xatırlanıb. Ölkəmizlə Müsəlman Ağsaqqalları Şurası arasında həyata keçirilən uğurlu əməkdaşlıq qeyd olundu. Eyni zamanda, İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində Azərbaycanın qlobal səviyyədə oynadığı vacib rola […]
İranın Baş prokuroru İlham Əliyevə təşəkkür edib
Baş prokuror Kamran Əliyev Qazaxıstan Respublikasına rəsmi səfər çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin baş prokurorlarının Türküstan şəhərində keçirilən 7-ci iclasında iştirak edib. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Tədbirdə çıxış edən Kamran Əliyev bildirib ki, Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və dövlətin strateji prioritetlərindən biri kimi […]
Küləkli hava şəraitində işləyənlərin nəzərinə
Küləkli hava şəraitində işçilərin işləməsi yeni qaydalarla tənzimlənəcək. Canlixeber.com xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Qanun layihəsinə əsasən, işçilər küləkli havada açıq şəraitli iş yerlərində (o cümlədən həmin iş yerləri üzrə qurğularda) işləyərkən onlara müəyyən olunmuş qaydada […]
Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına “SABAH.city” innovasiya şəhərciyi barədə məlumat verib. Bildirilib ki, layihə ümumilikdə 20 hektarda icra olunacaq. Birinci mərhələ 5 […]
