September 2026
“Sabah”ın Çempionlar Liqası oyunları üçün paket biletlərin satışı BAŞA ÇATIR
“Sabah” klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirəcəyi ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, əvvəlcə komandanın dörd ev oyununu əhatə edən paket biletlərin satışı yekunlaşdırılacaq. Paket biletlərin satışı oktyabrın 1-də saat 12:00-da başa çatacaq. Bundan sonra hər qarşılaşma üçün fərdi biletlərin […]
637 min manatlıq mənimsəmə işi: Təqsirləndirilənlərdən ŞOK İFADƏ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə “İstək” MMC-nin sabiq vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, məhkəmə təqsirləndirilən Ceyhun Səfərovun ifadəsi ilə davam edib. O, məhkəmədə ittihamda göstərilən bəzi məbləğlərlə bağlı etirazını bildirib. “Qeyd edim ki, 47 052 manat mənimsəmə faktı müəyyən edilə bilməyib. Bununla […]
Lənkəranda 19 yaşlı oğlan anasının sevgilisini bıçaqladı
Lənkəranda 19 yaşlı oğlan anasının sevgilisini bıçaqlayıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Parakənd kəndində baş verib. Astara rayon sakini, 2007-ci il təvəllüdlü İmran Mahirli (ad və soyad şərtidir) atası dünyasını dəyişəndən sonra Lənkəran rayonuna köçüblər. Onun anası Aynur Parakənd kəndində başqa bir kişi ilə qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlayıb və İmran da onlarla bir […]
Dövlət əmlakını mənimsəyənlərə cəza istənildi
Maliyyə Nazirliyinə qarşı dələduzluq etməkdə təqsirləndirilən Elnur Əzimov, Emin Adıgözəlov və Nazim Qarayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilənlər – Elnur Əzimovun 15 il, Emin Adıgözəlovun 12 il 6 ay, Nazim Qarayevin 13 il […]
Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR
Oktyabrın 7-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Deka Bank”, “Dəmir Bank”, “Yunayted Kredit Bank” və “AGBank”, oktyabrın 14-də isə “AGBank”, “Gəncə Bank”, “Bank of Azerbaijan” və “Muğan Bank” ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə bankların ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb. Söhbət “Deka Bank”a məxsus […]
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində uğurlar arzulayıb. İran Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham […]
Bakıya 4 milyon manatlıq brilyantla gəldi
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən gömrük nəzarətindən gizlədilən külli miqdarda brilyant qaşların ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Şarja-Bakı aviareysi ilə ölkəyə gələn Qazaxıstan vətəndaşı “Yaşıl Kanal” buraxılış sistemindən keçməklə gömrük nəzarəti zonasını tərk etmək istəyib. Vətəndaşın davranışları şübhə doğurduğu üçün gömrük […]
Azərbaycan – Lixtenşteyn oyununun hakimləri açıqlandı
UEFA Millətlər Liqasının D Liqasında Azərbaycan və Lixtenşteyn yığmaları arasında keçiriləcək oyunun hakimləri müəyyənləşib. Canlixeber.com xəbər verir ki, 2-ci qrupun qarşılaşmasını Avstriyadan olan hakimlər briqadası idarə edəcək. FIFA referisi Kristian Petru Çoçirkaya həmyerliləri Maksimilian Veys və Mihael Obritzberger kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Şəfəq Barmaksız yerinə yetirəcək. VAR-da Manuel Şüttengruber, AVAR-da isə Aleksandr Harkam […]
“UĞUR 777” estetik mərkəzindəki qanunsuzluqlar: Zərərçəkən şok detalları açıqladı
“UĞUR 777” estetik mərkəzində yol verilən qanunsuzluqlarla bağlı təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevanın cinayət işinin növbəti məhkəmə iclası baş tutub. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ötən iclasda ifadə verən zərərçəkən xanımın ifadəsinin davamı dinlənilib. “Əməliyyatdan sonra bədənimdə fəsadlar yarandı. İkinci əməliyyata məni […]
Sürücülərin NƏZƏRİNƏ: Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır
Bakının bir sıra küçələrində aparılacaq təmir işləri və hərəkət sxemində ediləcək dəyişikliklərlə əlaqədar sentyabrın 29-u saat 21:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyətlər tətbiq olunacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Məlumata əsasən, Binəqədi rayonu üzrə Şövkət Məmmədova küçəsinin Çingiz Aytmatov küçəsi ilə kəsişməsindən Süleyman Sani Axundov […]
