Azərbaycan – Lixtenşteyn oyununun hakimləri açıqlandı
1 min read

Azərbaycan – Lixtenşteyn oyununun hakimləri açıqlandı

UEFA Millətlər Liqasının D Liqasında Azərbaycan və Lixtenşteyn yığmaları arasında keçiriləcək oyunun hakimləri müəyyənləşib.

Canlixeber.com xəbər verir ki, 2-ci qrupun qarşılaşmasını Avstriyadan olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Kristian Petru Çoçirkaya həmyerliləri Maksimilian Veys və Mihael Obritzberger kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Şəfəq Barmaksız yerinə yetirəcək.

VAR-da Manuel Şüttengruber, AVAR-da isə Aleksandr Harkam çalışacaq.

Qeyd edək ki, Azərbaycan – Lixtenşteyn oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.