September 2026
Bu məhsullar Azərbaycanın kənd təsərrüfatı ixracında mühüm yer tutur – EKSPERT AÇIQLADI
Azərbaycan kənd təsərrüfatı məhsullarının xarici bazara çıxması aqrar siyasətin əsas istiqamətlərindən birinə çevrilib. Ölkənin coğrafi mövqeyi, müxtəlif iqlim qurşaqlarının mövcudluğu və bəzi məhsullar üzrə formalaşan istehsal ənənələri ixraca geniş imkanlar yaradır. Hazırda Azərbaycanın kənd təsərrüfatı ixracında meyvə, tərəvəz və pambıq əsas istiqamətlərdir. Mövzu ilə bağlı Canlixeber.com-a danışan kənd təsərrüfatı üzrə ekspert Arif Nuriyev bildirib ki, […]
Təqaüdçüləri kömək etmək adı ilə talayan şəxs saxlanılıb
Paytaxtın Yasamal rayonunda polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bankomatdan pul çıxarmaqda çətinlik çəkən vətəndaşların pul vəsaitlərini talamaqda şübhəli bilinən S.Rəşidzadə saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Araşdırmalarla müəyyən edilib ki, o, əsasən ahıl yaşlı təqaüdçülərə bankomatdan pul çıxarmaqda kömək etmək adı ilə yaxınlaşaraq onların bank kartlarındakı vəsaitləri ələ keçirib. S.Rəşidzadənin […]
Yasamal rayonunda avtomobildən oğurluq edən şəxs saxlanılıb
Yasamal rayonunda “Toyota” markalı avtomobildən oğurluq edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Daxil olmuş məlumat əsasında Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş S.Vahabov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub, o, nəqliyyat vasitəsinin yük yerinin açıq olmasından istifadə edərək dəyəri 2666 manat olan noutbuku talayıb. […]
Xətaidə 2000 manatlıq velosiped oğurlayan şəxs saxlanılıb
Paytaxtın Xətai rayonunda talama cinayəti baş verib. Rayon ərazisində binaların birinin qarşısından dəyəri 2000 manat olan velosiped oğurlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş O.Cəfərov müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Sabunçuda 10 min manatlıq naqil oğurlayan şəxs saxlanılıb
Sabunçu rayonunda tikilməkdə olan evlərdən dəyəri 10000 manat olan elektrik naqillərinin oğurlanması barədə polisə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən H.Xəlilov müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
Yardımlıda 16 kiloqram narkotik vasitə aşkarlanıb
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsinə qarşı əməliyyat həyata keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Tədbirlərlə hər üçü əvvəllər məhkum olunmuş V.Şahbazov, İ.Abışov və N.Məmmədli saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 16 kiloqram nakrotik və 1340 ədəd narkotik tərkibli həb aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər […]
NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı
NATO-nun Latviyadakı Adazi hərbi poliqonunda baş tutan təlimlərin gedişatında İtaliya ordusunun dörd hərbi qulluqçusu yaralanıb. Canlixeber.com xəbər verir ki, bu barədə İtaliya Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilir. Bədbəxt hadisə atəş hazırlığı məşqləri zamanı qeydə alınıb. Nazirliyin dəqiqləşdirməsinə əsasən, yaralanan əsgərlər 11-ci Bersalyer alayının üzvləridir və Şimali Atlantika Alyansının “Forward Land Forces” quru qoşunları missiyasına cəlb […]
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. Canlixeber.com bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.
Azərbaycan Prezidenti: “ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür”
“Azərbaycan iri maliyyə resursları hesabına istənilən texnologiyanı əldə edə bilsə də, ölkənin dayanıqlı inkişafında kadr potensialı və toplanmış təcrübə əsas rol oynayır”. Canlixeber.com xəbər verir ki, bunu Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə deyib. Dövlətimizin başçısı bildirib ki, ölkədə savadlılıq səviyyəsinin 100 faizə yaxın olması və təhsil sahəsində görülən geniş […]
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə investorlar üçün Azərbaycanda maraq doğuran məqamları açıqlayıb. Canlixeber.com xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: “Transmilli maraqlara xidmət edən infrastruktur. İlk növbədə, nəqliyyat, logistika, fiziki infrastruktur və proqram təminatı infrastrukturu. Bir çox körpülər, limanlar və gəmilər tikə bilərik. Amma biz rəqəmsallaşma, gömrük administrasiyası […]
