9 mins read

Ali Məhkəmə: Şifahi razılaşmalar risk yaradır

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu podrat müqavilələrindən irəli gələn mübahisələr üzrə məhkəmə təcrübəsinin vahidliyini təmin etmək məqsədilə yeni qərar qəbul edib. Canlixeber.com xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb. Bildirilib ki, ərarda podrat müqaviləsinin hüquqi mahiyyəti, kommersiya subyektlərinə münasibətdə podrat müqaviləsinin forma tələbləri və “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə əməl edilməməsinin mülki-hüquqi nəticələri, […]

1 min read

Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 41 yaşlı Samir İsmayılov saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Onun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 95 ədəd narkotik xassəli kol, eləcə də sellofan torbada qablaşdırdığı narkotik vasitə aşkarlanıb. […]

1 min read

DİN-dən sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı xəbərdarlıq

Sosial şəbəkələrdə saxta elan və səhifələr vasitəsilə vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi halları müşahidə olunur. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, saxta səhifələrdə müxtəlif məsələlərin həlli, hesabların izlənilməsi və ya ələ keçirilməsi, silinmiş yazışmaların bərpası, “xaker” və digər rəqəmsal xidmətlər təklif olunur. Ödəniş alındıqdan sonra isə xidmət göstərilmir […]

1 min read

“Qarabağ” liqa mərhələsi üçün “Tvente” ilə həlledici matça çıxır

“Qarabağ” klubu bu axşam UEFA Konfrans Liqasının pley-off mərhələsində həlledici cavab oyununa çıxacaq. Canlixeber.com xəbər verir ki, təmsilçimiz pley-off mərhələsinin cavab oyununda Niderlandın “Tvente” klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək. Qeyd edək ki, Niderlandda keçirilən ilk oyun “Qarabağ”ın 0:1 hesablı səfər qələbəsi ilə yekunlaşıb. UEFA Konfrans Liqası […]

2 mins read

Gözlənilən güclü külək və yağışla bağlı ƏHALİYƏ MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Canlixeber.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində avqustun 30-dək güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı və bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır: “Qeyd olunanları nəzərə alaraq, […]

1 min read

Nigar Fərhad saxlanıldı

“AİD Group” adı ilə xaricdə təhsil xidmətləri göstərən Nigar Fərhad saxlanılıb. Canlixeber.com xəbər verir ki, “Real Azərbaycan”ın əldə etdiyi məlumata görə, Nigar Fərhad Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlumata əsasən, onun xaricdə təhsil xidmətləri göstərmək adı altında çoxsaylı vətəndaşlardan pul aldığı, müxtəlif vədlər verdiyi, lakin həmin vədləri yerinə yetirmədiyi bildirilir. Hazırda məsələ ilə […]

1 min read

Aidə Əliyevaya vəzifə verildi

Jurnalist Aidə Əliyeva Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) İctimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsinə təyin olunub. Canlixeber.com xəbər verir ki, bu barədə özü sosial media hesabında paylaşım edib. Onun sözlərinə görə, vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, Aidə Əliyeva Azərbaycan teleməkanında ilk dəfə olaraq dünya çempionatı oyunları şərh edən iki qadın jurnalistimizdən biridir.

1 min read

Mingəçevir su anbarında balıqçı itkin düşüb

Mingəçevir su anbarında balıqçı itkin düşüb. Canlixeber.com xəbər verir ki, hadisə ötən gün baş verib. Xanabad kənd sakini, Xaləddin Sabir oğlu Kərimov qayıqla Mingəçevir su anbarına balıq tutmağa gedib. Bir müddət sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Axtarış zamanı X.Kərimova məxsus qayıq və digər şəxsi əşyalar tapılıb. Lakin balıqçının özündən hələlik xəbər yoxdur. Xaləddin Kərimovun […]

1 min read

“Qarabağ” yeni futbolçu ilə razılıq əldə edib

“Qarabağ” yeni futbolçu ilə razılıq əldə edib. Canlixeber.com xəbər verir ki, bu, Portuqaliyanın “Vitoriya” klubunda çıxış edən Telmo Arkanjodur. 25 yaşlı vingerlə bütün məsələlərdə razılıq əldə olunub. Onun yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir. Telmo “Qarabağ” üçün yad sima deyil. O, Ağdam klubunun sabiq futbolçusu Leandro Andradenin əmisi oğludur. Qeyd edək ki, Telmo Arkanjo “Vitoriya”nın heyətində […]

1 min read

Çempionlar Liqasında bütün iştirakçılar BƏLLİ OLDU: “Sabah” nəhənglərlə bir sırada

UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümünün ümumi mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Canlixeber.com xəbər verir ki, turnirin əsas mərhələsində ümumilikdə 36 komanda mübarizə aparacaq. Onlardan 29-u birbaşa vəsiqə qazanıb, qalan yeddi yeri isə seçmə mərhələni keçən komandalar tutub. Son dörd vəsiqə “Fənərbağça” (Türkiyə), AEK (Yunanıstan), “Vikinq” (Norveç) və “Slovan” (Sloveniya) klublarına nəsib olub. Daha əvvəl ümumi […]