Zaqatalada minik avtomobilləri toqquşdu: Xəsarət alanlar var
1 min read

Zaqatalada minik avtomobilləri toqquşdu: Xəsarət alanlar var

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com verir ki, qəza saat 22 radələrində Zaqatala şəhərinin girişində, Faiq Əmirov küçəsində qeydə alınıb.

İlkin məlumata əsasən, minik avtomobillərinin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.