Zaqatalada KIA ilə “Opel” toqquşdu: XƏSARƏT ALAN VAR
1 min read

Zaqatalada KIA ilə “Opel” toqquşdu: XƏSARƏT ALAN VAR

Bu gün səhər saatlarında Zaqatalada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə saat 09:00-da Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunda qeydə alınıb.

Məlumata görə, KIA markalı avtomobillə “Opel” markalı avtomobil toqquşub. Nəticədə “Opel” aşıb və onun sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.