Xırdalanda minik avtomobili sərnişin avtobusuna çırpıldı: Yaralı var
1 min read

Xırdalanda minik avtomobili sərnişin avtobusuna çırpıldı: Yaralı var

Abşeron rayonu Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Canlixeber.com xəbər verir ki, KIA markalı minik maşını 517 nömrəli marşrut xətti üzrə hərəkət edən “Isuzu” markalı sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə, hadisə nəticəsində minik avtomobilinin sərnişini xəsarət alıb.

Hadisə ilə bağlı aidiyyəti quruma müvafiq sorğu verilib.