Vəkilin adı cinayət işində hallanır
1 min read

Vəkilin adı cinayət işində hallanır

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, “De Fendo” Vəkil Bürosunun vəkili Şahin Məmmədov dələduzluqda ittiham olunur.

Canlixeber.com musteqil.az-a istinadla xəbər verir ki, vəkilin adı barəsində başlanmış cinayət işi ilə gündəmə gəlib.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən aparılan araşdırmalarla vəkilin müxtəlif vədlərlə vətəndaşlardan pul aldığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Şahin Məmmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İstintaqın gedişində zərərçəkmiş şəxslərin sayının artacağı istisna edilmir.