Ülvi Quliyev “Şöhrət” ordeni ilə təltif edildi
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Ülvi Zahid oğlu Quliyev “Şöhrət” ordeni ilə təltif edilib.
Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Xatırladaq ki, sentyabrın 17-də Ü.Quliyevin 60 yaşı tamam olur. O, Milli Məclisin III, IV, V, VI və VII çağırışının deputatı olub.
