1 min read

Ülvi Quliyev “Şöhrət” ordeni ilə təltif edildi

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Ülvi Zahid oğlu Quliyev “Şöhrət” ordeni ilə təltif edilib. Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Xatırladaq ki, sentyabrın 17-də Ü.Quliyevin 60 yaşı tamam olur. O, Milli Məclisin III, IV, V, VI və VII çağırışının deputatı olub.