Türkiyənin BMT baş katibi postuna namizədi açıqlandı
2 mins read

Türkiyənin BMT baş katibi postuna namizədi açıqlandı

Türkiyə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Feridun Sinirlioğlunun namizədliyini Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi vəzifəsinə irəli sürüb.

Canloxeber.com xəbər verir ki, bu məlumat Türkiyənin BMT-dəki daimi nümayəndəsinin təşkilatın Baş Assambleyası və Təhlükəsizlik Şurasının sədrlərinə ünvanladığı məktubda öz əksini tapıb.

Sənəddə qeyd olunur: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Feridun Sinirlioğlunu BMT-nin Baş katibi postuna namizəd kimi irəli sürdüyü məktubu təqdim etməkdən şərəf duyuram”.

Qeyd edək ki, BMT-nin hazırkı Baş katibi Antoniu Quterreşin səlahiyyət müddəti dekabrın 31-də başa çatır. Təhlükəsizlik Şurasının üzvləri müzakirələr və reytinq səsvermələri vasitəsilə növbəti beş il üçün bu vəzifəyə tövsiyə ediləcək bir namizədi seçməlidirlər. Bunun ardınca Baş Assambleya səsvermə keçirəcək və nəticədə yeni baş katib vəzifəsinə təyinat olacaq.

Hazırda Sinirlioğlu ilə birlikdə bu posta səkkiz namizəd iddialıdır: Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi (Argentina), BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspan (Kosta-Rika), Ekvadorun sabiq xarici işlər və müdafiə naziri Mariya Fernanda Espinosa Qarses, Qayananın BMT-dəki daimi nümayəndəsi Karolin Rodriges-Birkett, Ekvadorun ABŞ və Fransadakı keçmiş səfiri İvonn Baki, Uqandanın BMT-dəki sabiq daimi nümayəndəsi Olara Otunnu və BƏƏ Xarici İşlər Nazirliyinin dövlət naziri Lana Zəki Nusseibeh.