Ucarda motosiklet piyadanı vurdu: Sürücü özü də xəsarət aldı
1 min read

Ucarda motosiklet piyadanı vurdu: Sürücü özü də xəsarət aldı

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Səttarxan küçəsində qeydə alınıb.

Rayon sakini, 1963-cü il təvəllüdlü Qasım Mahmud oğlu Qasımov idarə etdiyi “Ural” markalı motosikletlə 1962-ci il təvəllüdlü Mais Hacı oğlu Hüseynovu vurub.

Nəticədə motosikletin sürücüsü Q.Qasımov və piyada M.Hüseynov müxtəlif dərəcəli xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.