Tovuzda üzərinə benzin tökülərək yandırılan qadın öldü: Oğlu saxlanıldı
Tovuzda qadın evdə aldığı yanıq xəsarətlərindən ölüb.
Canlixeber.com xəbər verir ki, Tovuz rayonu Qovlar şəhərində 22 yaşlı Elyar Hüseynlinin yaşadıqları evdə anası, 45 yaşlı Nüşabə Hüseynovanın üzərinə benzin tökərək yandırdığı iddia edilir.
Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində E.Hüseynli saxlanılıb.
