Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var.
Canlixeber.com xəbər verir ki, hadisə rayonun Azaflı kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili yük maşınına arxadan çırpılıb. Qəza zamanı minik avtomobilinin sürücüsü 1991-ci il təvəllüdü S.Məmmədov xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
