Yağışın fəsadları
Balakən və Zaqatalada leysan yağışları fəsadlar törədib
Balakən və Zaqatala rayonlarında yağan intensiv leysan yağışları bir sıra fəsadlara səbəb olub. Canlixeber.com xəbər verir ki, son günlər ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur. Ən intensiv yağıntılar Balakən və Zaqatala rayonlarının inzibati ərazilərinə düşüb. İyulun 7-si axşam saatlarından başlayan güclü yağışlar iyulun 8-nə keçən gecə daha da intensivləşib. Böyük Qafqaz dağlarının cənub […]
Güclü yağış Şəkinin bir kəndində ciddi fəsadlar törətdi
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və ətraf kəndlərlə əlaqəsi yenidən kəsilib. Canlixeber.com xəbər verir ki, kənd ərazisindən axan çayda suyun səviyyəsinin artması çay üzərində olan keçidi dağıdıb. Nəticədə kənd sakinlərinin gediş-gəlişində ciddi çətinliklər yaranıb. Hazırda kənddə elektrik enerjisinin verilişində də fasilələrin olduğu qeyd edilir.
Siyəzəndə sel körpünü dağıtdı: Kiçik Həmyə kəndinə gedən əsas yol bağlandı
Ötən gündən etibarən ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti fəsadsız ötüşməyib. Canlixeber.com xəbər verir ki, Siyəzənin rayon mərkəzini Kiçik Həmyə kəndi ilə birləşdirən körpünü sel dağıdıb. Güclü sel nəticəsində körpü tamamilə uçub. Nəticədə Siyəzən rayonunun Kiçik Həmyə kəndinə gedən əsas yolu bağlanıb. Sakinlər məcburiyyətdən alternativ yollardan istifadə etməyə çalışırlar. Körpünün uçması sakinlərin hərəkətinə maneə […]
