Xankəndi FK
“Xankəndi” klubuna yeni baş məşqçi təyin olundu
“Xankəndi” klubunda baş məşqçi təyinatı gerçəkləşib. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, klubla Röyal Nəcəfov arasında müqavilə imzalanıb. Razılaşmaya əsasən, Röyal Nəcəfov 2026/2027-ci illər mövsümünün sonunadək “Xankəndi”nin baş məşqçisi vəzifəsini icra edəcək.
“Xankəndi” FK bir ay sonra Xankəndiyə qayıdır.
“Xankəndi” FK bu ildən etibarən ev oyunlarını Xankəndi şəhərində keçirməyə hazırlaşır. Canlixeber.com xəbər verir ki, bu barədə klubdan bildirilib. Qeyd edilib ki, hazırda Xankəndi şəhər stadionunda təmir işləri davam etdirilir. Təmir işlərinin bu ayın sonunadək başa çatdırılması planlaşdırılır. Təmir işləri yekunlaşdıqdan sonra Xankəndi şəhər stadionunun rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulur. Klubun Xankəndidə ilk ev […]
“Xankəndi” klubunda məşqçi təyinatı gerçəkləşib
Azərbaycan I Liqasında çıxış edən “Xankəndi” komandasında məşqçi təyinatı gerçəkləşib. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. UEFA B kateqoriyalı məşqçi Ruzi Qiyaslı bölgə təmsilçisində qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərəcək. Mütəxəssislə 1 illik müqavilə imzalanıb.
“Xankəndi” klubunda Müşahidə Şurası yaradılıb
“Xankəndi” Futbol Klubunun idarəetmə strukturunun daha da təkmilləşdirilməsi və klubun qarşıdakı inkişaf hədəflərinin daha səmərəli həyata keçirilməsi məqsədilə mühüm qərar qəbul edilib. Canlixeber.com xəbər verir ki, klubun Ümumi Yığıncağının qərarı ilə Müşahidə Şurası yaradılıb. Müşahidə Şurası klubun strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, idarəetmə proseslərinin təkmilləşdirilməsi, klubun maliyyə və təşkilati fəaliyyətinə nəzarət, uzunmüddətli inkişaf planlarının hazırlanması və […]
“Xankəndi” yeni futbolçu transfer etdi
“Xankəndi” futbol komandası heyətini 27 yaşlı İbrahim Qədirzadə ilə gücləndirib. Canlixeber.com xəbər verir ki, klub son olaraq “Karvan-Yevlax”da çıxış edən futbolçu ilə mövsümün sonunadək müqavilə bağlandığını açıqlayıb. Qədirzadənin əsas mövqeyi dayaq yarımmüdafiəsidir. Qədirzadə 2025/2026 mövsümündə “Karvan-Yevlax”ın heyətində bütün turnirlərdə 16 rəsmi oyunda meydana çıxıb və 517 dəqiqə oynayıb. Klub iki gün əvvəl müqaviləsi başa çatdığı […]
