Xankəndi FK
“Xankəndi” klubunda məşqçi təyinatı gerçəkləşib
Azərbaycan I Liqasında çıxış edən “Xankəndi” komandasında məşqçi təyinatı gerçəkləşib. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. UEFA B kateqoriyalı məşqçi Ruzi Qiyaslı bölgə təmsilçisində qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərəcək. Mütəxəssislə 1 illik müqavilə imzalanıb.
“Xankəndi” klubunda Müşahidə Şurası yaradılıb
“Xankəndi” Futbol Klubunun idarəetmə strukturunun daha da təkmilləşdirilməsi və klubun qarşıdakı inkişaf hədəflərinin daha səmərəli həyata keçirilməsi məqsədilə mühüm qərar qəbul edilib. Canlixeber.com xəbər verir ki, klubun Ümumi Yığıncağının qərarı ilə Müşahidə Şurası yaradılıb. Müşahidə Şurası klubun strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, idarəetmə proseslərinin təkmilləşdirilməsi, klubun maliyyə və təşkilati fəaliyyətinə nəzarət, uzunmüddətli inkişaf planlarının hazırlanması və […]
“Xankəndi” yeni futbolçu transfer etdi
“Xankəndi” futbol komandası heyətini 27 yaşlı İbrahim Qədirzadə ilə gücləndirib. Canlixeber.com xəbər verir ki, klub son olaraq “Karvan-Yevlax”da çıxış edən futbolçu ilə mövsümün sonunadək müqavilə bağlandığını açıqlayıb. Qədirzadənin əsas mövqeyi dayaq yarımmüdafiəsidir. Qədirzadə 2025/2026 mövsümündə “Karvan-Yevlax”ın heyətində bütün turnirlərdə 16 rəsmi oyunda meydana çıxıb və 517 dəqiqə oynayıb. Klub iki gün əvvəl müqaviləsi başa çatdığı […]
