Tərtər
Bu gün Suqovuşanın azad edildiyi gündür
Bu gün Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən 6 il ötür. Canlixeber.com xəbər verir ki, 2020-ci ilin oktyabrın 3-də Azərbaycan Ordusu hər iki kəndi erməni işğalçılarından təmizləyib. Həmin gün Suqovuşan və Talışda Azərbaycanın üçrəngli şanlı bayrağı qaldırılıb. 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər […]
Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlandı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Gəncə-Daşkəsən regional bölməsi tərəfindən Gəncə şəhəri, Əli Məmmədov küçəsi ev 1 ünvanında vətəndaş Mustafayev Telman Şükür oğluna məxsus fərdi yaşayış evində keçirilən yoxlama zamanı qanunsuz fəaliyyət göstərən toyuq emalı sexi aşkarlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Bildirilib ki, obyektdə baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına riayət edilmədən toyuq […]
Keçmiş məcburi köçkün Tərtərdə güllələndi – 21 yaşlı gənc SAXLANILDI
Tərtər rayonunda güllələnmə hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun İrəvanlı kəndi ərazisində qeydə alınıb. Əslən Laçın rayonundan olan keçmiş məcburi köçkün, 1974-cü il təvəllüdlü Məzahir Yusifov hər iki ayağından odlu silahla güllələnib. Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi ilə bağlı araşdırma aparılır.
Tərtərdə 65 yaşlı kişi kanalda boğuldu
Tərtər rayonunda 65 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Cəmilli kəndi ərazisində baş verib. Kənd sakini 1961-ci il təvəllüdlü Ağa Məmmədov Suqovuşandan gələn beton kanaldan su götürmək istəyərkən kanala yıxılıb. Hadisədən bir neçə saat sonra kənd sakinləri xəbər alıblar və axtarışlara başlanıb. Axtarışlar zamanı onun meyiti tapılıb. Faktla bağlı […]
Tərtərdə 55 yaşlı piyadanı avtomobil vuraraq öldürüb
Tərtərin Bayandurlu kəndi ərazisində “Hyundai” markalı avtomobilin yolu keçən piyadanı vurması nəticəsində 55 yaşlı Əliyev Qəribxan Cavanşir oğlu ölüb. Canlixeber.com xəbər verir ki, hadisə zamanı avtomobili Xoruzlu kənd sakini Tural Nəbiyev idarə edib. Sürücü yaralanan piyadanı xəstəxanaya aparmağa çalışsa da, Qəribxan Əliyev yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Tərtər sakini yanaraq öldü
Tərtər rayonunda dəhşətli hadisə baş verib. Canlixeber.com xəbər verir ki, avqustun 14-ü saat 14 radələrində 1971-ci il təvəllüdlü Qabil Şaban oğlu Rüstəmov yaşadığı Köçərli kəndindəki evdə elektrik cərəyanı vurması nəticəsində ölüb. Məlum olub ki, hadisədən əvvəl naqillər onun qoluna dolanıb və elektrik cərəyanının xəttə qoşulması nəticəsində yanaraq həyatını itirib. Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma […]
Tərtərdə ər-arvad yanaraq ölüb
Tərtərdə yanğın baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb. Yanğın zamanı ər-arvad – Əsgər Səmədov və Adilə Hüseynova yanaraq ölüblər. Faktla bağlı araşdırma aparılır.
Tərtərdə 12 manata görə qətl törədən şəxsə 11 il həbs cəzası verildi
Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Muradxan Hüseynovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Canlixeber.com xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Muradxan Hüseynov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona həmin maddə ilə 11 il […]
