Səbail FK
“Səbail” Fransa III Liqasından futbolçu transfer edib
“Səbail” heyətinə Fransa III Liqasından futbolçu qatıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Azərbaycan I Liqası təmsilçisi Sofian Boudraa ilə anlaşıb. 23 yaşlı yarımmüdafiəçi ilə “1+1” illik müqavilə imzalanıb. Xatırladaq ki, oyunçu son olaraq Fransa III Liqasında “Aubagne Air Bel” klubunda çıxış edib.
“Səbail”in adı dəyişdirilir
“Səbail” futbol klubunun adı dəyişdirilir. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Regionlarda futbolun inkişaf etdirilməsi və kütləviliyinin artırılması əsas hədəf kimi müəyyənləşdirilərək, “Səbail” PFK-nın adının “Quba” adı ilə dəyişdirilməsi ilə bağlı hüquqi prosedurlar davam etdirilir.Yaxın gələcəkdə komandamızın Quba şəhərini təmsil edəcək olması bizim üçün böyük qürur və sevinc mənbəyidir.Bu dəyişiklik […]
FIFA-dan “Səbail”ə transfer qadağası
Azərbaycan I Liqa təmsilçisi “Səbail” klubuna transfer qadağası qoyulub. Canlixeber.com xəbər verir ki, buna səbəb “dənizçilər”in futbolçusu Mustafa Yakubuya qarşı maliyyə öhdəliyini yerinə yetirə bilməməsidir. Problemi həll edilməyən oyunçu FIFA-ya müraciət edib. Ali futbol qurumu Yakubunun şikayətini araşdırdıqdan sonra onu haqlı sayıb və “Səbail”ə transfer cəzası verib. “Dənizçilər” bu müddətdə bir neçə yeni futbolçunun keçidini […]
Səbail Zirədən ayrılan futbolçunu transfer edib
“Zirə”dən ayrılan futbolçu Fuad Bayramov karyerasını I Liqada davam etdirəcək. Canlixeber.com xəbər verir ki, “Səbail” 28 yaşlı müdafiəçini heyətinə qatdığını açıqlayıb. Oyunçunun müqaviləsinin müddəti hələlik açıqlanmayıb. Xatırladaq ki, Fuad Bayramov karyerası ərzində “Şamaxı” və “Turan Tovuz” klublarının da formasını geyinib.
“Səbail” Abbas Ağazadə ilə müqavilə imzalayıb
“Səbail” növbəti transferini reallaşdırıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubdan bildirilib. Son olaraq Premyer Liqada “İmişli”də çıxış etmiş Abbas Ağazadə ilə “1+1” illik müqavilə imzalanıb. Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi ötən mövsüm Azərbaycan Premyer Liqasında 33 oyuna çıxıb və 1 qola imza atıb.
“Səbail” baş məşqçisi Adil Şükürovla vidalaşıb
“Səbail” futbol komandası baş məşqçisi Adil Şükürovla yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb. Birinci Liqa təmsilçisi mütəxəssisin başa çatan müqaviləsinin müddətini uzatmayıb. Xatırladaq ki, Adil Şükürov ötən ilin noyabrından “Səbail”də işləyib.
