Suda boğulma
Suda boğulma zamanı hansı addımlar atılmalıdır?
Yay mövsümündə insanların çimərliklərə, çay və göllərə üz tutması ilə suda boğulma halları da aktuallaşır. Belə hadisələrdə ilk dəqiqələr həyati əhəmiyyət daşıyır və doğru atılan addımlar insan həyatını xilas edə bilər. Təəssüf ki, bəzən təşviş və məlumatsızlıq vəziyyəti daha da ağırlaşdırır. Bəs suda boğulma zamanı hansı tədbirlər görülməli, zərərçəkənə ilk yardım necə göstərilməlidir? Canlixeber.com-un araşdırmasında […]
Şüvəlanda dənizdən 28 yaşlı gəncin meyiti tapıldı
7 iyul 2026-cı il tarixində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, 1998-ci il təvəllüdlü Adıgözəl Ehtibar oğlu Mustafayevin meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti […]
Mərdəkanda dənizdə batdığı ehtimal edilən 16 yaşlı oğlanın axtarışına başlanılıb
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dünən axşam saatlarında batdığı ehtimal edilən 16 yaşlı oğlanın axtarışına başlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat yayıb.. Bildirilib ki, əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Hazırda 2010-cu il təvəllüdlü Vüsal Arif oğlu Hümbətovun batdığı ehtimal edilən […]
Ata və övladları dəfn olundu – Bir ailənin faciəsi
Ötən gün Ağdam ərazisində Xaçınçay su anbarında faciəvi şəkildə ölən ata və övladları dəfn edilib. Canlixeber.com xəbər verir ki,, hər üç ailə üzvü Bərdədə Seyid Yusifli kənd qəbiristanlığında torpağa tapşırılıb. Xatırladaq ki, ata-1985-ci il təvəllüdlü İsgəndərov Şərif Şəmsəddin oğlu övladları- 2008-ci il təvəllüdlü İsgəndərov Tunar və 2009-cu il təvəllüdlü İsgəndərova Fidan su anbarında çimərkən boğulmuşdular.
64 yaşlı kişi Zəngilanda çayda boğulub
Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Hazırda vətəndaş – 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun batdığı ehtimal edilən […]
Ağdamda FACİƏ: Ata və azyaşlı övladı öldü
Ağdam rayonunda bir ailənin iki üzvü faciəli şəkildə ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində baş verib. Kənd sakini olan kişi iki azyaşlı övladı ilə Xatın su anbarında çimərkən batıblar. Ata və azyaşlı övladının biri boğulub, digər azyaşlı isə xilas edilib. Faktla bağlı araşdırma aparılır.
Pirşağıda dənizdə qadın batıb
Abşeronda daha bir nəfər dənizdə batıb. Canlixeber.com xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.
Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb
Şabran rayonunda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Hacıqaraqaşlı kəndində baş verib. Məlumata görə, itkin düşən Çölquşçu kənd sakini 1974-cü il təvəllüdlü Kamil Mirzəyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti kənddə yerləşən göldə tapılıb. Faktla bağlı araşdırma aparılır.
Şirvan kanalında 23 yaşlı gənc batıb
İsmayıllı sakini kanalda boğulub. Canlixeber.com xəbər verir ki, boğulan 2003-cü il təvəllüdlü Rəvan Məhərrəmov İsmayıllı rayonu, Qubaxəlilli kənd sakinidir. O, Şirvan kanalının Qubaxəlilli kəndi ilə Kürdəmirin birləşən hissəsində batıb. Oun meyiti batdığı ərazidən FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicilərinin köməyi ilə tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Dənizdə batan dörd dostdan sonuncusunun da MEYİTİ TAPILDI
İyunun 22-də Xəzər rayonu Mərdəkan çimərliyində batan 4 gəncdən sonuncusunun da meyiti tapılaraq sudan çıxarılıb. Canlixeber.com xəbər verir ki, 2003-cü il təvəllüdlü Pərviz Zöhrab oğlu Məcidovun nəşi Buzovna qəsəbəsinin dəniz sahilində aşkar edilib. Meyit aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, hadisə günü 1991-ci il təvəllüdlü Namiq İsabala oğlu Əzimovun, 2005-ci il təvəllüdlü Elnur İsa […]
