Şirvan şəhəri
Şirvanda 34 min manatlıq naqil oğurlamaqda təqsirləndirilən şəxslər həbs olunublar
Şirvanda 34 min manatlıq naqil oğurlamaqda təqsirləndirilən üç nəfər həbs olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən obyektlərin birindən oğurluq etməkdə şübhəli bilinən Şirvan sakinləri Mübariz Mütəllimov, Tural Yusifov və Tacir Əliyev saxlanılıblar. Bu şəxslər obyektdən 34 min manat dəyərində mis naqil oğurlayaraq […]
Şirvanda 1500-dən çox abonentin qazı kəsiləcək
Şirvan şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti məhdudiyyət olacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsinin Şirvan Xidmət Sahəsi məlumat yayıb. Bildirilib ki, iyunun 5-də aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən işlər başa çatanadək şəhərin Hacıqəhrəmanlı qəsəbəsində, həmçinin Xanlar və Vidadi küçələrində qaz təchizatında müvəqqəti məhdudiyyət tətbiq edilib. Qeyd […]
Şirvanda benzinlə ehtiyatsız davranan kişi yandı
Şirvan sakini ağır yanıq xəsarətləri alıb. Canlixeber.com lent.az-a istinadla xəbər verir ki, benzinlə ehtiyatsız davranan şəhər sakini, 31 yaşlı Kərimli Fərid Behbud oğlu ağır yanıq xəsarətləri alıb. O, bədəninin 3-cü dərəcəli termiki yanıq diaqnozu ilə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Yaralının Bakıdakı 5 saylı klinik xəstəxananın yanıq şöbəsinə təxliyyə edilməsi gözlənilir.
