1 min read

Qeyri-etik video paylaşan tiktoker SAXLANILDI

Sosial şəbəkədə qeyri-etik paylaşımlar edən daha bir tiktoker saxlanılıb. Canlixeber.com xəbər verir ki, 27 yaşlı Cavid Abbasov (şərti adla) öz fotosunun üzərinə qeyri-etik və nalayiq ifadələr yazaraq video düzəldib. Həmin videonu “TikTok” sosial şəbəkəsində idarəçisi olduğu “Qara qartal” adlı səhifəsində paylaşıb. Faktla bağlı C.Abbasov polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya […]

1 min read

Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi

Ağsu rayonunda “Tik-tok” sosial şəbəkəsində canlı yayımda qeyri-etik ifadələr səsləndirən 25 yaşlı qadın müəyyən edilib. Canlixeber.com xəbər verir ki, 2001-ci il təvəllüdlü N. B. özünə məxsus səhifəsində nalayiq küçə söyüşləri söyüb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib. Ağsu Rayon Məhkəməsinin qərarı ilə o, 500 manat miqdarında cərimə edilib.

1 min read

”TikTok”da qeyri-etik ifadələr işlədən şəxs həbs olunub

“TikTok” sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik edən və qeyri-etik ifadlər işlədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Canlixeber.com xəbər verir ki, Sabirabad rayon sakini 1999-cu il təvəllüdlü Mirabbas Xuduzadə “TikTok” platformasında canlı yayım zamanı onu izləyən şəxslərin ünvanına təhqir xarakterli ifadələr səsləndirib. O, müvafiq qərarla inzibati qaydada həbs edilib.