Qaz təchizatının dayandırılması
Gəncənin bir sıra ərazilərində qaz təchizatı məhdudlaşdırılıb
Gəncənin bir sıra ərazilərində qaz təchizatı məhdudlaşdırılıb. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Məlumata görə, şəhərin Avtovağzal ərazisinə yaxın hissəsində yerləşən tunelin içərisində yüksəkgərginlikli elektrik naqillərində və üzərində olan şitdə sentyabrın 12-də yanğın baş verdiyindən texniki təhlükəsizlik tədbiri olaraq “Avtozavod”, “Sənaye” və “Şəhər-1” ortatəzyiqli qaz xətlərindən qaz təchizatı məhdudlaşdırılıb. Tuneldə […]
Bu gün Masallının bəzi kəndlərində qaz olmayacaq
Bu gün Masallının bəzi kəndlərində qaz təchizatı dayandırılacaq. Canlixeber.com zəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Qeyd olunub ki, təmir-quraşdırma işləri ilə əlaqədar işlər yekunlaşanadək Masallı rayonunun Çaxırlı, Binə Xocavar, Şərəfə və Ağakişibəyli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Yevlax və Bərdənin bəzi ərazilərində ÜÇ GÜN qaz olmayacaq
Yevlax və Bərdə rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Tərtər Rayon Qaz İstismarı İdarəsindən məlumat verilib. Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus yüksəktəzyiqli magistral qaz kəmərlərinə yeni çəkilmiş kəmərin qoşulması ilə əlaqədar sentyabrın 8-də saat 07:00-dan sentyabrın 10-da işlər başa çatanadək Yevlax rayonunun bir sıra kəndlərinin və […]
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilər QAZSIZ QALDI
Bakının Nizami rayonunun bəzi küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranıb. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən bildirilib. Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar 07.09.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadək Nizami rayonunun 8-ci köndələn, Pəhlivan Fərzəliyev küçələrinin qaz təchizatı qısamüddətli dayandırılıb.
Bəzi ərazilərin qaz təchizatı dayandırılacaq
Sentyabrın 4-də Bakının Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun M.Rüstəmov, Sarayevo, Neapol küçələrinin bir hissəsinin, Suraxanı rayonunun Əmircan qəsəbəsində H.Axundlu küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bəzi ərazilərdə qaz kəsiləcək
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 1-də saat 10:00-dan işləryekunlaşanadək Sabunçu rayonunun Zabrat qəsəbəsində Yeni Sahə, M.İbrahimov, Turgenev, Ş.Əzizbəyov, Aydınlıq, X.Vəliyev, Vaqif, Nizami, Vidadi, N.Nərimanov, R.Axundov və Ə.Məmmədov küçələrinin, həmçinin Zərkənd və İstixana ərazilərinin qaz təchizatında qısamüddətli […]
Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək
Sabah Sabirabad rayonunun 10 kəndində qaz təchizatı dayandırılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən bildirilib. Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 28-də saat 10:00-dan işlər yekunlaşanadək Sabirabad rayonunun Ulacalı, Bulduq, Ətçələr, Həşimxanlı, Axtaçı-Muğan, Güdəcühür, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Sabah Biləsuvarın 6 kəndində qaz olmayacaq
Sabah Biləsuvar rayonunun 6 kəndində qaz təchizatı dayandırılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Biləsuvar rayonunun Ağalıkənd, Dərvişli, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Aşağı Cürəli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Ağcabədi şəhərinin bəzi ərazilərində qaz olmayacaq
Ağcabədi şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismar İdarəsi məlumat yayıb. Təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 27-də saat 10:00-dan işlər yekunlaşanadək Ağcabədi şəhərinin bir sıra küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Təmir-quraşdırma işləri başa çatdıqdan sonra qaz təchizatı mərhələli şəkildə bərpa olunacaq.
Naxçıvan şəhərinin bəzi ərazilərində qaz olmayacaq
Bu gün Naxçıvan şəhərinin bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Naxçıvan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 11:30-dan işlər yekunlaşanədək Naxçıvan şəhərinin N.Naxçıvani küçəsinin və saat 15:00-dan işlər yekunlaşanədək Əliabad qəsəbəsinin qaz təchizatında fasilə olacaq.
