Masallının böyük bir hissəsi qazsız qalacaq
1 min read

Masallının böyük bir hissəsi qazsız qalacaq

Masallı rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Canlixeber.com xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 23-də saat 10:00-dan işlər yekunlaşanadək Masallı rayonunun Köhnə Alvadı, Banbaşı, Yeyənkənd kəndlərinin və Böyük Xocavar kəndinin bir hissəsinin qaz təchizatı dayandırılacaq.