Prezident İlham Əliyev
Bu gün Azərbaycanda xüsusi dövlət mühafizəçilərinin günüdür
Bu gün ölkəmizdə xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır. Canlixeber.com xəbər verir ki, 1993-cü il avqustun 23-ü ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanı ilə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin yaradılıb. Bununla da hər il avqustun 23-ü ölkəmizdə xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı kimi qeyd olunur. Ulu […]
Ötən tədris ilində Özbəkistanın 67 vətəndaşı Azərbaycanda, Azərbaycanın 176 vətəndaşı Özbəkistanda təhsil alıb
2025-2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşı Azərbaycanda, Azərbaycanın 176 vətəndaşı isə Özbəkistanda təhsil alıb. Canlixeber.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində deyib. İlham Əliyev vurğulayıb ki, 2023-cü və 2025-ci illərdə Azərbaycan Özbəkistan Mədəniyyəti Günlərinə, 2024-cü ildə Özbəkistan Azərbaycan Mədəniyyəti Günlərinə ev sahibliyi edib, həmin il Xivə şəhərində […]
Dəmir yolunda güzəştli bilet satışı təklifləri yaradılacaq
Dəmir yolu bileti satışı Qlobal Paylama Sisteminə (GDS) inteqrasiya ediləcək. Canlixeber.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub. Sənədə əsasən regionlarda əsas turizm məntəqələrinin nəqliyyat əlçatanlığının və turizm informasiya xidmətlərinin təkmilləşdirilməsi, habelə turist səfərlərinin təşkili və planlaşdırılmasını asanlaşdıran mexanizmlərin tətbiqi […]
DSX-nin şəhid hərbi qulluqçuları “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
DSX-nin şəhid hərbi qulluqçuları və mülki işçisi “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları […]
DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verilib
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib. Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib. “general-leytenant” ali hərbi rütbəsi general-mayor Babək Mürsəl oğlu Ələkbərova general-mayor Aqşin Ramiz oğlu Məhərrəmova general-mayor Faiq Həmzəağa oğlu Məmmədova […]
Prezident İlham Əliyev DSX-nin bir qrup hərbi qulluqçusunu təltif edib
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusu təltif edilib. Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilib: 2-ci dərəcəli “Rəşadət” ordeni ilə Hüseynov Naseh İbrahim oğlu – polkovnik 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Mehdiyev İlham İsmayıl […]
İlham Əliyev Naxçıvana 258 milyon manat ayırdı – SƏRƏNCAM
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Canlixeber.com bununla bağlı President.az-a istinadən xəbər verir. Sərəncam Naxçıvan Muxtar Respublikasında 2026-2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsini, habelə abadlıq-quruculuq işlərinin davam etdirilməsini təmin etmək məqsədilə imzalanıb. Belə ki, Naxçıvan Muxtar […]
Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnamı milli bayram münasibətilə təbrik edib. Canlixeber.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq […]
İlham Əliyev iki daimi nümayəndəni geri çağırdı, birinə yeni vəzifə verdi
Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi, Elman Telman oğlu Abdullayev isə Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilib.
İlham Əliyevdən Bəxtiyar Aslanbəyli ilə bağlı SƏRƏNCAM
bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Əli oğlu Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, B.Aslanbəyli Azərbaycan neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə təltif olunub.
