1 min read

Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar

Paytaxtın Nəsimi rayonu ərazisində törədilmiş soyğunçuluq hadisəsinin üstü polis əməkdaşları tərəfindən açılıb. Canlixeber.com xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elxan Alxanov, Əşrəf Alxanlı, Musa Məmiyev və Bəxtiyar Xudiyev saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, zərərçəkmiş şəxslə birlikdə bankların birindən pul çıxarmağa gələn B.Xudiyev sonradan […]

1 min read

Paytaxtın dörd rayonunda su olmayacaq

Paytaxtın Nərimanov, Nəsimi, Yasamal, Binəqədi rayonlarının bəzi ərazilərində iyulun 3-ü günorta saatlarınadək suyun verilməsində fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, buna səbəb su xəttinin üzərində qəzalı vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunmasıdır.

1 min read

Bakıda hoteldə bir nəfəri döyüb bahalı telefonunu əlindən aldılar

Bakıda hoteldə quldurluq olub. Canlixeber.com xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində yerləşən hotellərin birində baş verib. Naməlum şəxs zərərçəkənə fiziki zor tətbiq edərək 4700 manat dəyərində mobil telefonunu ələ keçirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Ə.Mürsəlov müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.