Nərimanov rayonu
Bakıda iki yaşlı körpə binadan yıxıldı
Bakıda iki yaşlı körpə binadan yıxılıb. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 10-da axşam saatlarında paytaxtın Nərimanov rayonu ərazisindəki yaşayış binasında baş verib. Həmin binada yaşayan 2024-cü il təvəllüdlü uşaq 3-cü mərtəbədəki mənzilin eyvanından yıxılıb. Körpə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.
Bakıda taksi qəzaya düşüb: 3 iranlı tələbə və azyaşlı xəsarət alıb
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər xəsarət alıb.Canlixeber.com xəbər verir ki, hadisə Həsən Əliyev küçəsində qeydə alınıb. Məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan sürücünün idarə etdiyi “Toyota” markalı avtomobilə digər nəqliyyat vasitəsi çırpılıb. Qəza zamanı taksidə olan sərnişinlər – İran vətəndaşları Məryəm Afşari, Ayda Musa, Şakila Şafari və 2017-ci il […]
Bakıda inək 64 yaşlı kişiyə hücum edib, vəziyyəti ağırdır
Bakının Nərimanov rayonunda 64 yaşlı kişi inəyin hücumuna məruz qalaraq ağır xəsarətlər alıb. Canlixeber.com verir ki, hadisə Müzəffər Nərimanov küçəsində qeydə alınıb. 1962-ci il təvəllüdlü Füzuli İmamverdi oğlu Əliyev yaşadığı küçədə inəyin hücumuna məruz qalıb. Nəticədə o, burun və qol sümüyünün sınığı, həmçinin qapalı kəllə-beyin travması alıb. Yaralı təcili olaraq xəstəxanaya çatdırılıb və müalicəyə götürülüb. […]
Bakıda 79 yaşlı kişi yıxılaraq ölüb
Bakıda evində yıxlan 79 yaşlı kişi xəstəxanada ölüb. Canlixeber.com xəbər verir ki, hadiəs paytaxtın Nərimanov rayonunda baş verib. Məlumata görə, iyunun 28-də 1947-ci il təvəllüdlü Əmralı Şirəliyev yaşadığı evdə ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb. Xəstəxanaya yerləşdirilən Ə.Şirəliyev ötən gün orada ölüb. Faktla bağlı araşdırma aparılır.
Paytaxtın dörd rayonunda su olmayacaq
Paytaxtın Nərimanov, Nəsimi, Yasamal, Binəqədi rayonlarının bəzi ərazilərində iyulun 3-ü günorta saatlarınadək suyun verilməsində fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, buna səbəb su xəttinin üzərində qəzalı vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunmasıdır.
Bakıda boğazı kəsilən gənc oğlan otelə gələrək kömək istəyib
Bakının Nərimanov rayonunda müəmmalı hadisə baş verib. Canlixeber.com xəbər verir ki, hadisə “Modern Hotel”in qarşısında qeydə alınıb. İlkin məlumata görə, 2002-ci il təvəllüdlü Həsənov Səmran Elsevən oğlu boğaz nahiyəsindən aldığı ağır xəsarətlə motosiklet idarə edərək qardaşının çalışdığı otelin qarşısına gəlib. Qardaşı onun boğazının kəsildiyini gördükdən sonra dərhal yaralını Kliniki Tibbi Mərkəzə çatdırıb. Hazırda Səmran Həsənovun […]
Bakıda dəmir yoluna çıxan kişini qatar vurub
Bakıda dəmir yoluna çıxan kişini qatar vurub. Canlixeber.com xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. Hadisə nəticəsində Anar Quliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
