Kəpəz FK
“Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
Yeni mövsümün hazırlıq mərhələsini davam etdirən “Kəpəz”in sabah keçirilməsi planlaşdırılan növbəti yoxlama matçı baş tutmayacaq. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Azər Məmmədovun komandası Qəbələ şəhər stadionunda Qətərin II Liqa təmsilçisi “Əl-Xaraitiyat” klubu ilə üz-üzə gəlməli idi. Lakin sözügedən qarşılaşma Qətər klubunun istəyi ilə ləğv edilib. Saat 18:00-da başlaması nəzərdə […]
“Kəpəz” Rafael Məhərrəmlini heyətinə qatıb
Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib. Canlixeber.com xəbər verir ki, Gəncə klubu Rafael Məhərrəmlinin keçidini rəsmiləşdirib. 26 yaşlı müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb. Son olaraq “Şamaxı”da çıxış edən R.Məhərrəmli ötən mövsüm Azərbaycan Premyer Liqasında 16 oyun keçirib.
“Kəpəz” Urfan Abbasovu transfer etdi
Yeni mövsümə hazırlıqlarını davam etdirən “Kəpəz” daha bir transferi rəsmiləşdirib. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, Premyer Liqa təmsilçisi 33 yaşlı müdafiəçi Urfan Abbasovu heyətinə qatıb. Təcrübəli futbolçu ilə müqavilənin müddəti mövsümün sonunadək nəzərdə tutulub. Qeyd edək ki, Urfan Abbasovun son klubu “Araz-Naxçıvan” olub. O, ötən mövsüm ərzində ümumilikdə 26 […]
“Kəpəz” komandasında baş məşqçi Azər Məmmədovun köməkçiləri açıqlanıb
“Kəpəz” komandasının baş məşqçisi Azər Məmmədovun köməkçiləri müəyyənləşib. Canlixeber.com xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb. Məşqçilər korpusunda Etibar İbrahimov, İlkin Verdiyev (hər ikisi köməkçi məşqçi), Vüqar Məmmədov (qapıçı məşqçi), Kərim Diniyev (fiziki-hazırlıq üzrə məşqçi) və Fərid Məmmədov (analitik məşqçi) yer alıb. Xatırladaq ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 14-də start veriləcək.
“İmişli” “Kəpəz”dən ayrılan Yusif İmanovu heyətinə qatdığını açıqlayıb
“İmişli” klubu “Kəpəz”dən ayrılan qapıçı Yusif İmanovu transfer edib. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 23 yaşlı qolkiperlə “2+1” illik müqavilə imzalanıb. Xatırladaq ki, Yusif İmanov “Sabah” və Kosovonun “Malişeva” komandasında da çıxış edib.
“İmişli” “Kəpəz”dən ayrılan Fərid Nəbiyevi heyətinə qatdı
“İmişli” yeni futbolçu transferini açıqlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bölgə təmsilçisi 26 yaşlı yarımmüdafiəçi Fərid Nəbiyevlə birillik müqavilə imzalayıb. Oyunçu karyerası ərzində “Slaviya” (Praqa), “Viktoriya” (Jijkov), “Kəpəz”, “Turan Tovuz” və “Səbail” klublarının formasını geyinib. O, son olaraq “Kəpəz”in uğurları üçün mübarizə aparıb.
“Kəpəz” Luis Paçu ilə vidalaşıb
“Kəpəz” futbolçu Luis Paçu ilə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb. 30 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Xatırladaq ki, Luis Paçu ötən mövsüm “Kəpəz”də 29 oyun keçirib və 5 qola imza atıb.
“Kəpəz” PFK-nın İdarə Heyətinə yeni sədr seçildi
“Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin iclası keçirilib. Canlixeber.com xəbər verir ki, iclasda Anar Abdullayev İdarə Heyətinin yeni sədri seçilib. Bundan başqa, Umud Tarverdiyev və Fərman Əlizadə İdarə Heyətinə üzv təyin olunublar.
“Kəpəz” Fərid Nəbiyevlə yollarını ayırıb
“Kəpəz” futbolçu Fərid Nəbiyevlə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti başa çatıb. Xatırladaq ki, F.Nəbiyev ötən mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 34 matça çıxıb və 4 qolla yadda qalıb.
“Kəpəz” klubu serbiyalı mütəxəssisə tapşırılır
“Kəpəz” klubunun baş məşqçi postuna gətirəcəyi isim artıq bəlli olub. Canlixeber.com xəbər verir ki, Gəncə təmsilçisi sükanı serbiyalı mütəxəssis Zoran Vasilyeviçə etibar etməyə hazırlaşır və tərəflər rəsmi müqavilənin imzalanmasına çox yaxındırlar. Hazırda Serbiyanın “IMT Belqrad” komandasının çalışdırıcısı olan mütəxəssislə “Kəpəz” rəhbərliyi arasında son günlərdə intensiv danışıqlar prosesi gedir. Məlumata görə, əməkdaşlığın əsas detalları artıq razılaşdırılıb […]
