1 min read

Elnarə Baxış vəzifəsindən azad edildi

Jurnalist Elnarə Baxış Milli Kibertəhlükəsizlik Agentliyinin Elektron Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən azad edilib. Canlixeber.com xəbər verir ki, o öz ərizəsi ilə işdən çıxıb: “Bu günlərdə Milli Kibertəhlükəsizlik Agentliyində fəaliyyətimin bir ilini geridə qoydum və növbəti aydan etibarən buradakı “vaxtımı dayandırmaq” qərarına gəldim”. Xatırladaq ki, E.Baxış uzun müddət Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin […]

2 mins read

Bakıda ağacları kəsərkən qayda pozuntusuna yol verən əməkdaş işdən çıxarılıb

Ağacların kəsilməsi zamanı qayda pozuntusuna yol verən Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşı işdən azad edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumatı verilib. Bildirilib ki, Bakı şəhərinin Nəsimi rayonunda, 28 May küçəsində yeni parkın salınması üçün görülən işlərin icrası zamanı Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən bir ağacın kəsilərkən aqrotexniki qaydalara riayət olunmaması […]

1 min read

Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı

Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsindən azad olunub. Canlixeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov əmr imzalayıb. Əmrə əsasən, Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi Alim Abbasov tutduğu vəzifədən azad edilib. Digər əmrlə bu vəzifəyə Müşfiq Mehdixanov gətirilib. Qeyd edək ki, sosial şəbəkələrdə A.Abbasovun vətəndaşı təhqir […]

1 min read

Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi – Yeni təyinat

Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Teymur Musayev Azərbaycan Respublikası baş nazirinin müavini təyin olunub.

1 min read

Anar Hacıyev “Qarabağ”dan getdi

“Qarabağ” futbol klubunun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev vəzifəsindən ayrılıb. Canlixeber.com xəbər verir ki, bu barədə “Qarabağ” klubu məlumat yayıb. Bildirilib ki, Anar Hacıyev öz xahişi ilə vəzifəsindən ayrılıb. Qeyd edək ki, 2023-cü ilin sentyabrından bu vəzifədə çalışan A.Hacıyevin fəaliyyəti dövründə “Qarabağ” iki dəfə Azərbaycan çempionu olub, bir dəfə ölkə kubokunu qazanıb. […]

1 min read

Azərbaycana məğlubiyyətə görə istefa verdi

Litva yığmasının baş məşqçisi Edqaras Yankauskas istefa verib. Canlixeber.com xəbər verir ki, buna səbəb onun rəhbərlik etdiyi yığmanın Millətlər Liqasında Azərbaycana 0:1 hesablı məğlubiyyəti olub. Federasiya rəhbərliyi ilə görüşdən sonra Yankauskas vəzifəsindən ayrılıb. Qeyd edək ki, çalışdırıcı 1 fevral 2023-cü ildən bu vəzifəni icra edirdi.

1 min read

TBMM sədr müavini xəstəliyi ilə əlaqədar istefa verib

Türkiyənin keçmiş ədliyyə naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini Bekir Bozdağ vəzifəsindən istefa verib. Canlixeber.com xəbər verir ki, bu barədə “Halk TV” məlumat yayıb. Hazırda Şanlıurfa millət vəkili olan Bekir Bozdağın xərçəng xəstəliyindən müalicə aldığı bildirilib.

1 min read

Bu xəstəxananın direktoru istefa verdi

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Ülfət Qurbanov vəzifəsindən azad edilib. Canlixeber.com Gununsesi.info-ya istinadla bildirir ki, Ülfət Qurbanov TƏBİB-in yeni rəhbərliyi ilə işləmək istəmədiyini bildirərək vəzifədən ayrılması ilə bağlı ərizə yazıb. Qeyd edək ki, Ülfət Qurbanov 2024-cü ilin sentyabrında Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru təyin edilmişdi. O, bundan əvvəl uzun müddət həmin tibb müəssisəsində həkim-anestezioloq-reanimatoloq, daha […]

1 min read

Tamam Bayatlı BP-dəki vəzifəsindən ayrılıb

BP şirkətinin Kommunikasiya üzrə rəhbəri Tamam Bayatlı tutduğu vəzifədən ayrılıb. Canlixeber.com xəbər verir ki, o, yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib. Onun vəzifəsinin icrası isə müvəqqəti olaraq Aytən Əfəndizadəyə həvalə olunub. Qeyd edək ki, sentyabrın 19-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə Tamam Fərman qızı Bayatlı 3-cü dərəcəli “Əmək” […]

1 min read

İlkin Namazov vəzifəsindən azad edildi

Sumqayıt Tibb Mərkəzində kadr islahatı aparılıb. Canlixeber.com xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Anar Bayramov əmr imzalayıb. Əmrə əsasən, Sumqayıt Tibb Mərkəzinin direktor müavini, İlkin Namazov vəzifəsindən azad edilib.