İnsan sümükləri
Şuşakənddə insan sümüyünə bənzər qalıqlar aşkarlanıb
Xocalı rayonunun Şuşakənd kəndində insan sümüyünə bənzər qalıqlar aşkarlanıb. Canlixeber.com xəbər verir ki, avqustun 12-də kənd ərazisində aşkarlanan sümük qalıqları aidiyyəti qurumlar tərəfindən araşdırılması üçün götürülüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlanıb
Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində aparılan qazıntı işləri zamanı insan skeletinə bənzər qalıqlar aşkarlanıb. Canlixeber.com xəbər verir ki, tapıntı ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.Əraziyə baxış keçirilib və qalıqlar ekspertizaya göndərilib. Faktla bağlı araşdırma aparılır.
Ağdərədə insana məxsus sümüklər TAPILDI: İtkin düşən ailəyə aid olduğu ehtimal edilir
Ağdərə rayonu, Baş Güney kəndində insana məxsus sümüklər aşkar edilib. Canlixeber.com “Report”a istinadən xəbər verir ki, aşkar edilən sümük fraqmentlərinin Balay Ələsgər oğlu Qəribovun ailə üzvlərinə aid olduğu ehtimal edilir. Sümük fraqmentləri onların yaşadığı evin həyətindən nəvəsi Bəxtiyar Əsgərov tərəfindən aşkarlanıb. Qeyd edək ki, 1992-ci il mart ayının 12-si tarixində Baş Güney kəndi erməni silahlı qüvvələri […]
