Hacıqabul
Hacıqabulda 53 yaşlı kişini qatar vurub öldürüb
Hacıqabulda qatar 53 yaşlı kişini vuraraq öldürüb Canlixeber.com xəbər verir ki, hadisə Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində baş verib. Belə ki, Bakı-Gürcüstan sürət qatarı Nəvahi kənd sakini, 1973-cü il təvəllüdlü Ataşov Arif Şirin oğlunu vuraraq öldürüb. Meyit tanınmaz hala düşüb. Faktla bağlı araşdırma aparılır.
Hacıqabulda 15 yaşlı yeniyetmə qəza törədib
Hacıqabulda 15 yaşlı oğlan anasının maşınını qaçıraraq qəza törədib. Canlixeber.com xəbər verir ki, hadisə shər saatlarında qeydə alınıb. 2011-ci il təvəllüdlü Ə. İ. anasına məxsus “Changan” markalı avtombili icazəsiz idarə edərkən şəhər ərazisində hasara çırparaq qəza törədib. Nəticədə xəsarət alan yeniyetmə Şirvan şəhər xəstəxanasına yerləşdirlib. Faktla bağlı araşdırma aparılır.
Hacıqabulda sərnişin avtobusu aşıb, yaralılar var
Hacıqabulda sərnişin avtobusunun aşması nəticəsində 30-dan çox sərnişin xəsarət alıb. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən iritutumlu rayonlararası sərnişin avtobusu aşıb. Hadisə nəticəsində 30-dan çox sərnişin, o cümlədən uşaqlar xəsarət alıb. Yaralılar Şirvan və Hacıqabul xəstəxanalarına çatdırılır.
Hacıqabulda evdən 42 min manatlıq oğurluq edən iki nəfər həbs olunub
Hacıqabulda oğurluqda təqsirləndirilən Mahir Abdullayev və Sahil Məmmədov saxlanılıblar. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, rayon ərazisində evlərin birindən oğurluq etməkdə təqsirli bilinənlər M.Abdullayevin qohumuna məxsus evdən 25000 manat və 10000 ABŞ dolları oğurlayıblar. Faktla bağlı cinayət işi başlanılıb, M.Abdullayev və S.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan […]
İki rayona rəhbərlik etmiş Almaz Hacıyeva vəfat etdi
Sovet illərində Ağdaş və Saatlı rayonlarına rəhbərlik etmiş Almaz Hacıyeva vəfat edib. Canlixeber.com xəbər verir ki, o, yaşla əlaqədar keçirdiyi xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, Almaz Hacıyeva 1978-82-ci illərdə Ağdaş, 1982-87-ci illərdə isə Saatlı rayonunun birinci katibi (indiki icra başçısı) vəzifəsini icra edib.
