1 min read

Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn edildi

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn edilib. Canlixeber.com xəbər verir ki, dəfn mərasimində dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, şairin qələm yoldaşları və yaxınları iştirak ediblər. Dəfndən əvvəl Xalq şairi ilə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib. Xatırladaq ki, Xalq şairi Nəriman Həsənzadə ötən gün uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.