Ermənistan
Sabah Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 7 vaqon propan göndəriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Canlixeber.com xəbər verir ki, 7 vaqondan ibarət, çəkisi 242 ton olan propan 24 avqust tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 50 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1172 ton propan, 133 ton alüminium […]
Paşinyan Kərki kəndinin qaytarılması barədə əmr verib?
“Nikol Paşinyan artıq Tiqranaşenin (Kərki – red.) qaytarılması barədə əmr verib”. Canlixeber.com xəbər verir ki, bu barədə “Henaket” analitik mərkəzinin eksperti Şiraz Xaçatryan yazıb. O, bundan sonra Əskiparanın geri qaytarılmasının istisna edilmədiyini vurğulayıb. Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Kərkinin Ermənistana aid olmadığını bildirmişdi.
Ermənistana buğda və propan daşıyan yük qatarı Biləcəridən yola düşüb
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası və propan daşıyan 10 vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşüb. Canlixeber.com xəbər verir ki, tədarükə 9 vaqondan ibarət, çəkisi 630 ton olan buğda və 1 vaqondan ibarət, çəkisi 36 ton olan propan daxildir. Yük Böyük Kəsik istiqamətinə göndərilib. Qeyd edək ki, […]
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl göndərilib
Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşüb. Canlixeber.com xəbər verir ki, bu barədə 11 vaqondan ibarət, çəkisi 1 108 ton olan buğda və dörd vaqondan ibarət, çəkisi 273 ton olan arpa “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. İndiyə qədər Rusiyadan Ermənistana […]
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 39 vaqon buğda göndəriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Canlixeber.com xəbər verir ki, 39 vaqondan ibarət, çəkisi 2725 ton olan buğda bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 44 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium , […]
Rusiyadan Ermənistana buğda daşıyan yük qatarı Biləcəridən yola düşüb
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan 8 vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşüb. Canlixeber.com xəbər verir ki, tədarükə çəkisi 560 ton olan buğda daxildir. Yük Böyük Kəsik istiqamətinə göndərilib. İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 42 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, […]
Alen Simonyan Ermənistan Təhlükəsizlik Şurasının katibi təyin edilib
Armen Qriqoryan Ermənistanın Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilib. Canlixeber.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib. Onu bu postda Ermənistan parlamentinin keçmiş sədri Alen Simonyan əvəzləyib. “Mən Təhlükəsizlik Şurasının katibini dəyişdirmək qərarına gəldim. Son səkkiz ildə gördüyü işə görə Armen Qriqoryana minnətdaram”, – Paşinyan avqustun 13-ü hökumətin […]
Ermənistan Kərki kəndini Azərbaycana qaytaracaq
Ermənistan hökuməti Konstitusiya dəyişikliyinə dair referendumundan sonra anklavlar məsələsini müzakirə etməyə başlayacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Hraparak” ölkənin rəsmi mənbələrinə istinadla məlumat yayıb. Nəşr yazıb ki, əsas müzakirə mövzusu Azərbaycanın sərhəddə yerləşən anklavı Kərki ilə bağlıdır. Mənbə qeyd edib ki, Nikol Paşinyan hökuməti hələlik məsələnin müzakirəsini təxirə salmaq qərarına gəlib, çünki referendumdan əvvəl […]
Ermənistanda 103 yaşlı müharibə veteranı məhkəmədə dindiriləcək
Ermənistanın Antikorrupsiya Məhkəməsi “Güclü Ermənistan” partiyasının lideri, sahibkar Samvel Karapetyanın tərəfdarı Qohar Qumaşyana qarşı qaldırılmış işə baxılması çərçivəsində Böyük Vətən müharibəsinin 103 yaşlı iştirakçısı Rozaliya Abqaryanı dindirəcək. Canlixeber.com bildirir ki, bu barədə TASS-a Qumaşyanın vəkili Vahe Misakyan məlumat verib. “Bəli, o şahiddir. Prokuror ittiham aktını təsdiqləyərkən o, şahid qismində işə daxil edilib. Bu, ilkin istintaq […]
Bu gün Azərbaycan vasitəsilə Ermənistana buğda və daş kömür göndəriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Cablixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. 15 vaqondan ibarət, çəkisi 1049 ton olan buğda və 10 vaqondan ibarət 700 ton daş kömür Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 37 min tondan […]
