Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq
Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların avqustun 25-də ödənilməsi nəzərdə tutulub. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bununla da respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq.
İyulda əlilliyə görə sosial ödəniş alanların sayı açıqlanıb
2026-cı ilin iyul ayında əlilliyə görə 243,1 min nəfər pensiya alıb. Canlixeber.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, onlardan 221,5 min nəfər aylıq müavinət, 91,8 min nəfər isə Prezident təqaüdü alıb.
Azərbaycanda bu ilin 7 ayında 30,2 min şəxsə əlillik təyin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi bu ilin yanvar-iyul ayları ərzində 30,2 min şəxsə əlillik təyin edib. Canlixeber.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, onlardan 12,8 min şəxsə ilkin, 17,4 min şəxsə təkrar əlillik təyinatı aparılıb.
Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları […]
Bu il daha 25 şəxs insan alveri təhlükəsindən xilas edildi – Nazirlik açıqladı
Cari ildə daha 25 nəfər insan alveri qurbanı və potensial insan alveri qurbanına (insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxsə) sosial-hüquqi, sosial-iqtisadi, sosial-psixoloji və tibbi-sosial xidmətlər göstərilib. Canlixeber.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin sosial işçi, psixoloq […]
Sabah ölkə üzrə pensiyalar tam ödəniləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyulun 22-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Canlixeber.com xəbər verir ki, bu barədə DSMF məlumat yayıb. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyulun 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik […]
Birinci yarımildə neçə nəfərə əlillik təyin olunub?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən bu ilin birinci yarımilində 25.3 min şəxsə əlillik təyin edilib. Canlixeber.com xəbər verir ki, bu barədə nazirlik açıqlama yayıb. Bildirilib ki, onlardan 10.9 min şəxsə ilkin, 14.4 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb. Qeyd olunub ki, əlilliyin qiymətləndirilməsi elektron sistem […]
İyun ayının sosial ödənişləri yekunlaşdırılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün iyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib. Canlixeber.com bu barədə ƏƏSMN məlumat yayıb. Bildirilib ki, Fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb. Qeyd edilib ki, bundan əvvəl iyunun 12-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, […]
Son beş ayda pensiya ödənişlərinə ayrılan vəsait AÇIQLANDI
Bu ilin 5 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10%, yəni 308 milyon manat çox olmaqla 3 milyard 262 milyon manat vəsait yönəldilib. Canlixeber.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, 1 iyun 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən […]
