2 mins read

Əli Əsədov İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 27-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İsmayıl Uld Şeyx Əhməd ilə görüşüb. Canlixeber.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, görüşdə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mədəniyyətlər arasında dialoqun təşviqi, qarşılıqlı etimadın və anlaşmanın möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, İƏT baş katibinin […]

1 min read

Həlak olan minatəmizləyənlərin ailələri üçün yeni güzəşt

“Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda dəyişiklik olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak […]

1 min read

Əli Əsədov Laos prezidenti ilə görüşüb

Oktyabrın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ilə görüşüb. Canlixeber.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, görüşdə Laos prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlər tarixində ilk yüksək səviyyəli səfər kimi xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Prezident İlham Əliyev ilə keçirilmiş […]

1 min read

Ağdamda Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinə qırğız xalqının dastan qəhrəmanı Ayköl Manasın adı verilib. Canlixeber.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Elm və Təhsil Nazirliyi və Ağdam Şəhər İcra Hakimiyyəti bu qərardan irəli gələn məsələləri həll etməlidirlər.

1 min read

Əli Əsədovdan cərimə duracaqları və qarajlarla bağlı mühüm qərar

Nazirlər Kabineti 6 aprel 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Daxili İşlər Nazirliyi balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqların məbləğini İqtisadiyyat Nazirliyinin və […]

2 mins read

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye naziri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əş-Şaar ilə görüşüb. Canlixeber.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüşdə İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əhəmiyyəti vurğulanıb. Azərbaycan ilə Suriya arasında münasibətlərin son dövrdə müsbət dinamika ilə inkişaf etdiyi vurğulanıb. Azərbaycan ilə Suriya arasında münasibətlərin […]

3 mins read

Əli Əsədov: “Ölkə qarşısında yeni strateji çağırış və hədəflər formalaşır”

“2027-2030-cu illəri əhatə edən növbəti ortamüddətli dövr regionda cərəyan edən mürəkkəb geosiyasi-iqtisadi proseslər və qlobal inkişaf meylləri baxımından ölkə qarşısında yeni strateji çağırışlar və hədəflər formalaşdırır”. Canlixeber.com xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində onun sədrliyi ilə keçirilmiş iclasda bildirib. “Prezident İlham Əliyevin cari ilin ötən dövrü ərzində həyata keçirdiyi ardıcıl və […]

1 min read

Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub

2027-2030-cu illəri əhatə edəcək yeni Strategiyanın və Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri artıq hazırlanıb və İqtisadi Şurada geniş müzakirə olunaraq ölkə Prezidentinə təqdim olunub. Canlixeber.com xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində onun sədrliyi ilə keçirilən iclasda bildirib. “Son dövrdə Prezidentin qəbul etdiyi yeni dövlət proqramları ilə bağlı olaraq Strategiya […]

1 min read

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. Canlixeber.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqları və öhdəlikləri, habelə əmlakı Naxçıvan Dövlət Universitetinə keçir. Elm və Təhsil Nazirliyinə qərardan irəli gələn […]

1 min read

“Səfərbərlik ehtiyatlarının nomenklaturası” təsdiq edildi

“Səfərbərlik ehtiyatlarının nomenklaturası” təsdiq edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Maliyyə Nazirliyi səfərbərlik ehtiyatlarının nomenklaturasında qeyd edilən malların tədarükünün 2027-ci ilin dövlət büdcəsindən maliyyələşdirilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək. Dövlət Ehtiyatları Agentliyi səfərbərlik ehtiyatlarının nomenklaturası üzrə ehtiyatların uçotunun aparılmasını və bu sahədə nəzarətin həyata keçirilməsini […]