Dövlət Sərhədi
Erməni nazir Nəsimi Musayevlə bağlı insidentin detallarını açıqladı
“Şəki (Zəngəzur) kəndində qeydə alınan insidentlə bağlı zərərçəkmiş qadın tanıdığı və şəxsi nömrəsi onda olan polis əməkdaşına zəng edib. Həmin hüquq-mühafizə orqanı əməkdaşı əvvəlki gün növbətçi olduğu üçün həmin vaxt istirahətdə idi”. Canlixeber.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, bu barədə ölkənin daxili işlər naziri Arpine Sarkisyan jurnalistlərlə söhbətində bildirib. […]
Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb
Ermənistan azaraq ərazisinə keçən Yaşar Əli oğlu Qasımovu Azərbaycana təhvil verib. Canlixeber.com xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Qeyd olunub ki, çoban oktyabrın 24-də Azərbaycanın müvafiq orqanlarına təhvil verilib.
Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq
Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan vətəndaşının Ermənistanla dövlət sərhədini keçməsi barədə yayılan xəbərləri rəsmən təsdiqləyib. Canlixeber.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. “Oktyabrın 19-da saat 17:50-də Ermənistan Respublikası ərazisində (Tavuş vilayətində) Azərbaycanın Tovuz rayonunun Çatax kənd sakini, 1968-ci il təvəllüdlü Yaşar Əli oğlu Qasımov aşkar edilib. Aparılan araşdırmalar nəticəsində onun […]
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
Azərbaycanlı çoban dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bölgə sakinlərinin sözlərinə əsasən, Azərbaycan vətəndaşı sərhəd xəttini Tavuş vilayətinin Çinari kəndi yaxınlığında adlayıb. İlkin məlumatlarda çobanın Ermənistan hərbi polisi tərəfindən saxlanıldığı bildirilir. Məsələ ilə bağlı hələ ki, heç bir rəsmi açıqlama verilməyib.
Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanıldı
Azərbaycandan Rusiyaya qanunsuz keçmək istəyən Əlcəzair vətəndaşları saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycandan Rusiya istiqamətində 2 (iki) nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı – 1994-cü il təvəllüdlü Makhlouf Houari və 1996-cı il […]
Azərbaycan sərhədini pozmağa cəhd edən əcnəbilər saxlanılıblar
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıblar. Canlixeber xəbər verir ki, bu barədə DSX məlumat yayıb. Qeyd olunub ki, Əfqanıstan vətəndaşları – 1999-cu il təvəllüdlü Amini Del Aqa və 2003-cü il təvəllüdlü Rahimi Nazirgül saxlanılıblar. Fakt […]
Dövlət sərhədini pozmağa cəhd edən Nigeriyalılar saxlanılıb
Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən 6 (altı) nəfər Nigeriya Federativ Respublikası vətəndaşı – 1980-cı il təvəllüdlü İguare Oliver Osagie, 1986-cı il […]
