Dövlət sərhədini pozmağa cəhd edən Nigeriyalılar saxlanılıb
Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.
Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən 6 (altı) nəfər Nigeriya Federativ Respublikası vətəndaşı – 1980-cı il təvəllüdlü İguare Oliver Osagie, 1986-cı il təvəllüdlü Ogungbure Adesoji Austin, 1992-ci il təvəllüdlü Akinniyi Olamilekan Sunday, 1994-cü il təvəllüdlü Adele Moshood Adekunle, 1997-ci il təvəllüdlü King Tamarasinla Gloria, 1998-ci il təvəllüdlü Ajala Oluvafemi Moses həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində saxlanılıblar.
Qeyd edilib ki, fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
