Daxili işlər nazirliyi
Dələduzluq edən 13 nəfər saxlanıldı
Azərbaycanda dələduzluq etməkdə ittiham olunan 13 nəfər məsuliyyətə cəlb edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, polis əməkdaşlarının iyunun 5-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Borca görə axtarışda olan 111 nəfər saxlanıldı
İyunun 5-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 147, o cümlədən borclu şəxs qismində axtarışda olan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 34, qanunsuz […]
