1 min read

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına (RMX) yeni baş həkim təyin olunub. Canlixeber.com xəbər verir ki, bununla bağlı TƏBİB-in icraçı direktoru Anar Bayramov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Rəfail Əsədullayev təyinat alıb. O, 2023-cü ildən yeni təyinatadək Cəlilabad RMX-da Təcili və Təxirəsalınmaz Tibbi Yardım bölməsinin müdiri vəzifəsində çalışıb.

1 min read

Cəlilabadda qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb

Cəlilabad rayonunda abadlıq işləri aparılarkən qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb. Canlixeber.com xəbər verir ki, maddi-mədəniyyət nümunələri rayon ərazisində Narbağı adlanan sahədə park salınması zamanı üzə çıxıb. Ərazidə aparılan qazıntılar zamanı qədim dövrə aid dörd ədəd təsərrüfat küpü və digər maddi-mədəniyyət nümunələri tapılıb. Tapıntılarla bağlı Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqu Vəfa Mahmudovaya məlumat verilib. Məlumat […]

1 min read

Cəlilabadın bir hissəsində qaz olmayacaq

Cəlilabad şəhərinin bir hissəsində qaz olmayacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Qeyd olunub ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar olaraq iyulun 6-sı saat 10:00-dan işlər yekunlaşanadək Cəlilabad şəhərinin Heydər Əliyev prospektinin, Azərbaycan, M.Hüseynzadə və 20 Yanvar küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq