Buğda
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və buğda göndəriləcək
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə gübrə və buğda göndəriləcək. Canlixeber.com xəbər verir ki, bu ölkəyə 2 vaqon gübrə və 2 vaqon buğda tədarük olunacaq. Qatar saat 14:00-da “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
