1 min read

Binəqədidə ödəmə terminalından oğurluq edən 2 nəfər tutulub

Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən marketlərin birində ödəmə terminalından oğurluq edilib. Canlixeber.com xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar 33 yaşlı Eldar Zeynalov və 30 yaşlı Tahib Əmiraslanov müəyyən olunaraq saxlanılıblar. Araşdırmalarla məlum olub ki, onlar gecə saatlarında rayonun 28 May qəsəbəsindəki marketdə ödəmə terminalını […]

1 min read

Bakıda 59 yaşlı sürücü sükan arxasında öldü

Bakıda 59 yaşlı kişi sükan arxasında ölüb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib. Qəsəbə sakini 1967-ci il təvəllüdlü Faiq Oruc oğlu Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobildə infarkt keçirərək həyatını itirib. Araşdırmalar aparılır.

1 min read

Bakıda 90 yaşlı kişi turnikdən yıxılaraq ölüb

Bakının Binəqədi rayonunda bədbəxt hadisə ölümə səbəb olub. Canlixeber.com xəbər verir ki, hadisə M. Rəsulzadə qəsəbəsinin İlham Hacıyev küçəsində qeydə alınıb. 1936-cı il təvəllüdlü Tofiq Bəşir oğlu Rüstəmov yaşadığı evdə turnikdə məşq edərkən yıxılıb. Ağır xəsarətlər alan yaşlı kişi təcili olaraq Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. T.Rüstəmov […]

1 min read

Paytaxtın dörd rayonunda su olmayacaq

Paytaxtın Nərimanov, Nəsimi, Yasamal, Binəqədi rayonlarının bəzi ərazilərində iyulun 3-ü günorta saatlarınadək suyun verilməsində fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, buna səbəb su xəttinin üzərində qəzalı vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunmasıdır.

1 min read

Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Bu gün Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. “Payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 29.06.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Azadlıq prospektinin, Xutor qəsəbəsinin bir hissəsinin, Ə. Naxçıvani və M. Davudoğlu küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq”, – […]

6 mins read

“Instagram”da arvadına mesaj yazan şəxsi qohumları ilə birgə yolun ortasında döydü

Binəqədi Rayon Məhkəməsində əmlakı qəsdən məhv etmədə və xuliqanlıqda təqsirləndirilən Əsəd Bəşirov, onun qardaşı Saleh Bəşirov, bacısı oğlu Namiq İmanov və qayını İbrahim Səmədovun (hər birinin adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Canlixeber.com xəbər verir ki, hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin […]

1 min read

Bakıda usta iş yerində öldü

Bakıda usta emalatxanada ölüb. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 15-də saat 16 radələrində paytaxtın Binəqədi rayonunun Xocəsən qəsəbəsində yerləşən taxta emalatxanasında qeydə alınıb. Orada çalışan Ağsu rayon sakini – 1982-ci il təvəllüdlü Balakişi Hacıyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb. İlkin ehtimala görə, o, ürək çatışmazlığından vəfat edib. Faktla bağlı araşdırmalar aparılır.