Beyləqan
Beyləqanda 55 yaşlı kişinin meyiti həyətində tapıldı
Beyləqan rayonunda 56 yaşlı kişinin meyiti tapılıb. Canlixeber.com, hadisə rayonun Yuxarı Aran kəndində baş verib. Kənd sakini, 1970-ci il təvəllüdlü Habil Mənsim oğlu Hüseynovun meyiti yaşadığı evin həyətindəki köməkçi tikilidə aşkarlanıb. Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.
Beyləqanda minik və yük avtomobilləri toqquşub, ölən var
Beyləqanda minik və yük avtomobilləri toqquşub. Canlixeber.com xəbər verir ki, hadisə Qaradağlı kəndində qeydə alınıb. Belə ki, MAN markalı yük və “Hyundai” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində “Hyundai”ın sürücüsü Əlzamin Saday oğlu Məmmədov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Beyləqanda su kanalında batan şəxsin meyiti tapılıb
Beyləqanda su kanalında batan şəxsin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, axtarışlar nəticəsində R.Hümbətəliyevanın nəşi batdığı yerdən bir neçə kilometr aralıda, rayonun Kürdlər kəndi ərazisində tapılaraq aidiyyəti üzrə təhvil verilib. ** Beyləqanda su kanalında batan şəxsin kimliyi məlum olub. Canlixeber.com xəbər verir ki, Yuxarı Qarabağ kanalında batan şəxs rayon sakini, 19 yaşlı Rəvanə Rəşad qızı […]
Beyləqanda qadın kanalda batdı
Beyləqanda qadın su kanalında batıb. Canlixeber.com xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalının rayonun II Aşıqlı kəndi ərazisindən keçən hissəsində baş verib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Qadının axtarışı və xilas edilməsi istiqamətində tədbirlər görülür.
Beyləqanda maşın ağaca çırpıldı, dörd nəfər xəsarət aldı
Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Mil qəsəbəsi ərazisində qeydə alınıb. Rayon sakini Zülfüqar Şükürovun sürdüyü “Hyundai” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü və sərnişinləri – Adilə Şükürova, Məhsəti Səfəri və onun həyat yoldaşı, iranəsilli Azərbaycan vətəndaşı Hassani Səfər xəsarət alıblar. Faktla bağlı […]
Beyləqanda daha bir nəfər kanalda çimərkən boğulub.
Beyləqanda daha bir nəfər kanalda çimərkən boğulub. Canlixeber.com xəbər verir ki, rayonun Gödəklər kənd sakini, 15 yaşlı Murad Ramil oğlu Əmrahlı həmyaşıdları ilə rayonun Bünyatlı kəndi ərazisində çimərkən su kanalında batıb. Hadisə şahidlərinin bildirdiyinə görə, batan şəxsin meyiti sakinlərin köməyi ilə sudan çıxarılaraq ailəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, bu gün […]
Beyləqanda kanalda bir nəfər batıb
Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisindən keçən kanalda bir nəfər batıb. Canlixeber.com xəbər verir ki, Amin Zamir oğlu Əhmədov avqustun 6-da kənd ərazisindən keçən “Yeni Xan Qızı” adlı beton kanalda çimərkən suda boğularaq ölüb. Onun meyitinin tapılması üçün axtarışlar davam etdirilir. Fakt üzrə Beyləqan rayon prokurorluğunda araşdırma aparılır.
70 yaşlı kişi hoteldə öldü
Beyləqanda hoteldə ölüm hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 18-nə keçən gecə olub. Səhər saat 08 radələrində 1956-cı il təvəllüdlü Gəncə şəhər sakini Adil Fərhad oğlu Quliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti hoteldə tapılıb. Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.
Beyləqanda 11-ci sinif şagirdi vəfat edib
Beyləqan rayonunda ölüm hadisəsi qeydə alınıb. Canlixeber.com xəbər verir ki, rayonun Eyvazallar kəndinin sakini Elvin Aslanlı ürək çatışmazlığından vəfat edib. Elvin Aslanlı Eyvazallar kənd tam orta məktəbinin 11-ci sinfini bu il bitirib. O, kənd qəbiristanlığında dəfn edilib. Faktla bağlı araşdırma aparılır.
Beyləqan sakini sirkə turşusundan zəhərlənib öldü
Beyləqanda sirkə turşusundan zəhərlənmə faktı ölümlə nəticələnib. Canlixeber.com əbər verir ki, hadisə şəhərin Akif Cavadov küçəsində qeydə alınıb. Rayon sakini, 1991-ci il təvəllüdlü Səxavət Zahid oğlu Quliyev sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, S.Quliyev rayonda fəaliyyət göstərən yanacaqdoldurma […]
