1 min read

Bakı-Qazax magistral yolunda ağır qəza: Bir ailənin 5 üzvü xəsarət alıb

Bakı-Qazax magistral yolunda avtomobil qəzası baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Goranboy rayon Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Minik avtomobilinin yük maşınına çırpılması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkənlər Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Qeyd edək ki, onlar bir ailənin üzvləridir. Faktla bağlı araşdırma aparılır.