Avropa Çempionatı
Banuçiçək Nəsirli Avropa çempionatında yarımfinala yüksəlib
Azərbaycan boksçusu Banuçiçək Nəsirli Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında yarımfinala yüksəlib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb. Bildirilib ki, 48 kq çəkidə mübarizə aparan milli üzvü 1/4 finalda Katarjina Qornisieviçi (Polşa) 3:2 (30:27, 28:29, 28:29, 30:27, 29:28) hesabı ilə məğlub edib. O, yarımfinala vəsiqə qazanmaqla özü üçün azı […]
Azərbaycanın 2 boksçusu Serbiyada keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib
Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında Azərbaycan millisinin 2 boksçusu 1/4 finala yüksəlib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb. Bildirilib ki, Əli Əliyev (50 kq) və Banuçiçək Nəsirli (48 kq) bu mərhələyə vəsiqə qazanıblar. Ə.Əliyev ikinci döyüşündə slovakiyalı Adrian Zameçiki 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub […]
İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb
Azərbaycan paracüdoçusu İlham Zəkiyev Almaniyanın Heydelberq şəhərində keçiriləcək Avropa çempionatında finala vəsiqə qazanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsindən məlumat verilib. İ.Zəkiyev (J1, +95 kq) yarımfinalda Böyük Britaniyanı təmsil edən Daniel Enqlişlə üz-üzə gəlib. Azərbaycan idmançısı rəqibini məğlub edərək finala yüksəlib. Xatırladaq ki, ötən gün Saleh Sultanov (J1, 81 kq) yarışda bürünc medal […]
Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında mərhələ adlayıb
Serbiyanın Loznitsa şəhərində boks üzrə U-19 Avropa çempionatı davam edir. Canlixeber.com xəbər verir ki, yarışın ikinci günü də Azərbaycan millisi üçün uğurlu alınıb. Boksçularımızdan daha üçü çempionata qələbə ilə start veriblər. Nihat Qasımov (55 kq) 1/16 finalda Aldit Delyu (Albaniya) ilə qarşılaşıb. Təmsilçimiz rəqibinə heç bir şans verməyib – 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27). […]
Avarçəkənlərimiz Avropa çempionatında mübarizə aparacaq
23-26 iyulda Macarıstanın Seqed şəhərində kayak və kanoe üzrə gənclər və 23 yaşadək avarçəkənlər arasında Avropa çempionatı keçiriləcək. Canlixeber.com xəbər verir ki, Azərbaycan Su İdman Növləri Federasiyası qitə çempionatında dörd idmançı ilə iştirak edəcək. Kayak növündə Əlimurad Hacızadə və Amil Ramazanov, kanoe növündə isə Hüseyn Səmədli və Tatyana Smilovenko ölkəmizi təmsil edəcəklər. Qitənin ən güclü […]
Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunev Estoniyanın Männiku şəhərində keçirilən “Lapua” Avropa Kubokunda növbəti möhtəşəm uğura imza atıb. Camlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Atıcılıq Federasiyası (AAF) məlumat yayıb. Qeyd olunub ki, atıcımız 25 metr mərkəzi atəş açma növü üzrə keçirilən yarışda yüksək nəticə göstərərək qızıl medal qazanıb. Ruslan Lunev təsnifat mərhələsində 583 xal […]
Güləşçimiz Avropa çempionu oldu
Azərbaycanın sərbəst güləşçisi Hacı Kərimov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb. Canlixeber.com xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda fransalı Bayssanqur Bitmurzayevlə qarşılaşıb. Rəqibinə heç bir şans verməyən həmyerlimiz vaxtından əvvəl 10:0 hesablı qələbə ilə qitə çempionu olub. Muhəmməd İsmayılov (57 kiloqram), Bəşir Verdiyev (65 kiloqram) […]
Cüdoçularımız Avropa Açıq Turnirində 3 medal qazanıbr
Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa Açıq Turnirinin ilk yarış günündə Azərbaycan milli komandası 3 medal qazanıb. Canlixeber.com xəbər verir ki, Elşən Əsədov (-66 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub. Bu çəki dərəcəsində Rəşad Yelkiyev gümüş medala layiq görülüb. Kamran Süleymanov (-73 kq) isə yarışı bürünc medalla başa vurub. Azərbaycan millisi 1 […]
Azərbaycan millisi Avropa çempionatının finalında
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb. Canlixeber.com xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv yarımfinalda Serbiyanı məğlub edib. “Tipos Arena”dakı qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə bitib. Komandanın heyətində Xətai Bağırov fərqlənib. Daha sonra penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan komandamız adını finala yazdırıb. Azərbaycan millisi finalda […]
Azərbaycan minifutbol millisi Avropa çempionatında yarımfinala yüksəlib
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib. Canlixeber.com xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi komanda 1/4 finalda Çexiya seçməsi ilə qarşılaşıb. “Tipos Arena”da oynanılan görüş komandamızın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, millimiz yarımfinala vəsiqə qazanıb.
