Şəmkirdə yaralı vəziyyətdə tapılan 12 yaşlı qız xəstəxanada öldü
Şəmkirdə itkin düşdüyü ehtimal olunan 12 yaşlı qız bıçaqlanmış vəziyyətdə valideynləri tərəfindən yaşadıqları həyətdə tapılıb.
Canlixeber.com xəbər verir ki, rayonun Mahmudlu kənd sakini 2014-cü il təvəllüdlü Ə.Namazova xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
