Sumqayıtda soyğunçuluq edən şəxs saxlanılıb
1 min read

Sumqayıtda soyğunçuluq edən şəxs saxlanılıb

Sumqayıt şəhər sakini olan bir nəfər azyaşlı övladına qarşı soyğunçuluq edilməsi ilə bağlı polisə müraciət edib.


Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.


Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 44 yaşlı S.Rzayev saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin şəhər ərazisində yerləşən evlərdən birinin qarşısından velosiped oğurladığı da məlum olub.

Araşdırma aparılır.