Sumqayıtda evdə kişi meyiti aşkarlanıb
Sumqayıt şəhərində kişi meyiti aşkarlanıb.
Canlixeber.com “Teleqraf”a istinadla xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayon ərazisində qeydə alınıb.
Bildirilib ki, 1984-cü il təvəllüdlü Rza Rzayev yaşadığı evdə ölü vəziyyətdə tapılıb.
Əraziyə polis və aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Meyitə ilkin baxış keçirilib və araşdırmalara başlanılıb.Hadisənin başvermə səbəbləri araşdırılır.
